Bu elanda dilənçi olmaq üçün müəyyən kriteriyalar var
Dilənçilər yay mövsümünü açıq elan ediblər. Onlar da özlərinə həmkar axtarırlar. Amma şərtləri çox qəribədir. "Şəbəkə"də nümayiş edilən bu elanı oxuyanda adama elə gəlir ki, hansısa nazirliyə işçi axtarılır. Pul dilənmək üçün sən demə, indi ingilis dili tələb olunurmuş. Dili mükəmməl öyrən və get dilənçiliyə CV ver.
“Sən o gözəl qızın canı mənə bir nəzir ver” deyərək kişilərə qənim kəsilən dilənçilər artıq sosial şəbəkələrdədir. Onlar burda da dilənməklə məşğuldur. Amma diləndikləri pul deyil, həmkardır. Sosial mediada yayılan yeni dilənçi elanı görənləri təəccübləndirir.
Elanda yazılıb ki, dilənçi tələb olunur. Amma bunun üçün müəyyən kriteriyalar var. "Rus və ingilis dillərində sərbəst danışmaq, riyazi bilik, şəhəri yaxşı tanımaq, ağlamağı və qaçmağı bacarmaq. 25-45 yaş arası şəxslər müraciət edə bilər. Gündəlik gəliri 30 manatdır. Səsi olan və mahnı oxuya bilənlərə isə xüsusi güzəştlər nəzərdə tutulur".
Bu elanın nə qədər doğru olduğunu bilmirik, amma görünən odur ki, dilənçilər birliyi özlərinə ağlayaraq ürəkləri parçalaya bilən, polis görəndə isə dabanına tüpürüb ildırım sürətiylə qaça bilən həmkar axtarırlar. (ANS TV)
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto