Habil Əliyevin səhhəti kritik həddə çatdı
"Habil Əliyevin səhhərində heç bir irəliləyiş yoxdur. Onun beyni öz funksiyasını dayandırıb".
Vətəninfo.az xəbər verir ki, bunu ANS PRESS-ə sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva deyib. Onu
sözlərinə görə, sənətkar bədən üzvləri də öz funksiyasını dayandırıb.
"Həkimlər komaya düşən adam üçün bu halı normal hesab edirlər. Ancaq
irəliləyiş olub-olmayacağı barədə hələlik heçnə deyə bilmirlər. Biz ən
pisini belə göz önündə saxlayırıq",-deyə kaman ustasının həyat yoldaşı
deyib.
Şərqiyyə Əliyeva xalq artistinin ölümü barədə mətbuatda yazılan xəbərlərə münasibət bildirib.
"Habil Əliyevin yalandan ölüm xəbərini yazanlar onu çox kiçik insan
hesab edirlər. Bu sənətkara qarşı təhqirdir. Həmin xəbərləri yazan
insanlar düşünsünlər ki, Habil Əliyev xalq artisti və böyük sənətkardır.
O, dünyasını dəyişdiyi təqdirdə onunla ölkə ictimaiyyətinin görüşü
olacaq. Bunu da mətbuatdan gizlətmək mümkün deyil".-deyə kaman ustasının
həyat yoldaşı əlavə etdi.
89 yaşlı kamança ustası Habil Əliyev səhhətində yaranan narahatlıqlara
görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə
xəstəxanaya yerləşdirilmişdi.
Xəstəxanada səhhəti normallaşan Habil Əliyev müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də
evə buraxılmışdı.
Sentyabrın 3-də yenidən vəziyyəti ağırlaşan sənətkar
komaya düşüb.

Habil Əliyev- kaman ustası