İyunun 23-dən Azərbaycanda Şengen vizalarının alınması üçün yeni qaydaların tətbiqinə başlanılıb. Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, Şengen vizalarının verilməsi proseduru Şərq tərəfdaşlığı proqramına daxil olan 6 ölkə - Ermənistan, Azərbaycan, Gürcüstan, Belarus, Moldova və Ukrayna vətəndaşlarına şamil ediləcək.
Yeni Visa İnformasiya Sisteminin (VIS) fəaliyyətə başlaması üçün vətəndaşlar viza alınması ilə bağlı müraciət etdikdə digər sənədlərlə yanaşı barmaq izlərini və rəqəmsal fotoşəkil də təqdim etməlidirlər.
Biometrik məlumatlar 59 ay ərzində sistemdə saxlanılır və bu müddət ərzində vətəndaş viza üçün müraciət etdiyi halda həmin məlumatlardan istifadə olunacaq. 59 ay keçdikdən sonra, ərizəçi biometrik məlumatları yenidən təqdim etməlidir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mardın sözlərinə görə, bu yeni biometrik sistem son zamanlar sayı artan və Avropaya tez-tez səfər edən azərbaycanlı turistlərin xeyrinə olacaq. "Qısamüddətli Şengen vizalarının verilməsi qaydası daha aydın, şəffaf və ədalətli olacaq", - M. Mard bildirib. Onun sözlərinə görə, belə bir sistemin tətbiqi insanlar arasında əlaqələrin intensivləşməsinə yardım edəcək.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto