Sensasiya: “Putin son anda...” – Rusiyada hakimiyyət çevrilişinə cəhd

Sensasiya: “Putin son anda...” – Rusiyada hakimiyyət çevrilişinə cəhd

"Putinin təklif etdiyi konstitusiya dəyişikliklərini təqdir edirəm. Putin son anda uçurumun kənarındakı Rusiyanı xilas edə bildi”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı professor, politoloq İqor Panarin deyib.

"Mişustini Baş nazir edən Vladimir Putin vaxtında düşünülmüş addım atdı. Beləliklə, 1917-ci ildəki liberal-mason çevrilişini təkrarlamaq cəhdlərinə mane oldu. Qərbyönlü liberal-trotskiçi çevriliş təhlükəsi aradan qaldırıldıqdan sonra hər şey yenidən başlayacaq. Bu müddət ərzində yeni sistem meydana gələcək, elitalar arasında yeni tarazlıq sistemi və yeni bir idarəetmə mexanizmi qurulacaq”, - Panarin vurğulayıb.

Onun sözlərinə görə, Putin hakimiyyəti 2024-cü ilə qədər Qərbdən qabaq dəyişdirmək planını həyata keçirməyə başlayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az