Sərdar Cəlaloğlu Rusiyanın hansı CASUS ŞƏBƏKƏSİNİ ifşa etdi?-“Bu şəbəkə..."

Sərdar Cəlaloğlu Rusiyanın hansı CASUS ŞƏBƏKƏSİNİ ifşa etdi?-“Bu şəbəkə...

Sərdar Cəlaloğlu Rusiyanın Azərbaycandakı casus şəbəkəsini ifşa etdi

ADP sədri Sərdar Cəlaloğlu BAO.TV-yə verdiyi müsahibəsində sensasion açıqlamalar verib. ADP sədrinin dediyinə görə, Prezident İlham Əliyevin Türkiyəyə, oradan isə Rusiyaya deyil, İngiltərəyə səfər etməsi dövlət başcısının Aparatdakı düşmənlərini hərəkətə keçirib. 

S.Cəlaloğlunun iddiasına görə, seçki marafonunda irəli sürülmüş təkliflərini bu qədər vaxt keçəndən sonra qabardıb xüsusi ajiotaj yaratmaları da bununla bağlıdır və bununla əslində Prezidentin özünə qarşı təzyiq mexanizmini işə saliblar. 

ADP sədrinin fikrincə, prosesdə Rusiyanın parlamentdəki casus çəbəkəsi iştirak edir. Bu şəbəkədən olan Ayaz Mütəllibov, Ağacan Əbiyev, Araz Əlizadə, Tahir Kərimli, Musa Musayev və hətta Etibar Məmmədov Azərbaycan-Türkiyə birliyinə qarşı çıxmaqla, dövlət başcısının bu sahədəki siyasətinə qarşı açıq-aşkar düşmən mövqeyi sərgiləyiblər. "Bu şəbəkə Azərbaycanın butun siyasi institutlarında, xüsusilə parlamentdə geniş təmsil olunur və Azərbaycanın dövlət müstəqilliyinə qarşı real təhdiddir. Ən maraqlısı isə budur ki, sözü gedən şəbəkəyə Prezident aparatındakı bir sıra yüksək ranqlı məmurlar rəhbərlik edir”-Sərdar Cəlaloğlu bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az