Sərhəddə atışma olub? - Sərkisyan çağırış etdi

Sərhəddə atışma olub? - Sərkisyan çağırış etdi

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Geqakurnik vilayəti istiqamətində atəşkəsin pozulduğu və atışma səslərinin eşidildiyinə dair məlumatlar yayılıb.

miq.az Globalinfo.az-a istinadla xəbər verir ki, bəzi sakinlərin sosial şəbəkələrdə bu iddia ilə çıxış etdiyi və bir neçə erməni KİV-in də sözügedən paylaşımlara əsasən məlumat yaydıqları bildirilir.

Vilayətin qubernatoru Karen Sərkisyan isə iddiaların həqiqətə uyğun olmadığını deyib:

"Geqarkunik vilayətinin sərhədləri boyunca atəşkəs rejiminin pozulması qeydə alınmayıb. Mətbuatı əsassız gərginlik yaratmamağa və reallığa uyğun gəlməyən məlumatları yaymamağa çağırıram”.

Qeyd edək ki, ötən gün "Joxovurd” qəzeti budəfəki delimitasiya və demarkasiya prosesinin sərhədə yaxın yerləşən Geqarkunik vilayətinin Çəmbərək (Qırmızıkənd-red.) və Sotk (Zod-red.) ərazilərindən başlayacağını yazmışdı.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az