“Sərkisyan bilirdi ki, daha bir atəş аçılsa, İran ordusu Şuşayadək gəlib çıxacaq...”

“Sərkisyan bilirdi ki, daha bir atəş аçılsa, İran ordusu Şuşayadək gəlib çıxacaq...”

"Aprel savaşını İran durdurdu, Rusiya yalnız bir neçə saat sonra...” –İddia...

Yəqin, Azərbaycan-Türkiyə hərbi təlimlərindən bərk qorxuya düşmüş erməni politoloqlar da başlarını itirib...

 "2016-cı ilin aprelində məhz  İran müharibənin daha da geniş miqyas almasına imkan vermədi”. 

Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, bu gözlənilməz iddia ilə Azərbaycan və Türkiyənin "Mustafa Kamal Atatürk-2019” kodlu birgə hərbi təlimlərini həyəcanla şərh edən Ermənistan politoloqu Sergey Şakaryants çıxış edib. İşğalçı ölkə siyasətşünası hesab olunan bu məxluq dünən – mayın 3-də İrəvanda  jurnalistlərlə keçirdiyi görüşdə  Aprel savaşının təkrarlana biləcəyini ifadə edib: 

"Sərhəddə gərginlik şəraitində təxribatlar ola bilər və bunun baş verməməsi  praktiki olaraq mümkün deyil. Belə bir gedişin isə Aprel hadisələrinin təkrarlanmasına səbəb olması mümkündür. Bizim güclü və bir az güclü qonşularımız var. 2016-cı ilin aprelində məhz  İran müharibənin daha da geniş miqyas almasına imkan vermədi.  İran Ermənistan və Azərbaycan nümayəndələrini sərhəddə çağırıb "daha bir atəş açılsa, biz sərhədi keçəcəyik" xəbərdarlığını etdikdən yalnız bir neçə saat sonra Rusiya  məsələyə qarışıb. Həm Azərbaycan rəhbərliyi, həm də  Serjik Sərkisyan bilirdi ki,  daha  bir atəş olsa,  İran əsgərləri Şuşayadək gəlib çıxa bilər. İran daim hər hansı bir ssenariyə hazırdır, amma  biz hazır deyilik ", - Sergey Şakaryants deyib.


P.S. Yəqin, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən bərk qorxuya düşən erməni hərbçilər kimi politoloqlar da başlarını itirib...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az