Sərkisyan İLK DƏFƏ açıqladı: “Paşinyana müharibədən əvvəl dedim ki…”
"Ermənistanın hazırkı hökmdarı Nikol Paşinyan yalançıdır, mənə böhtan atır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan deyib.
Sərkisyan 2018-ci ildə baş nazir seçildiyi zaman Nikol Paşinyana dəfələrlə müharibə ehtimalı ilə bağlı xəbərdarlıq etdiyini bildirib:
"Paşinyan deyir ki, guya mən ona sadəcə məişət məsələləri ilə bağlı məktublar göndərmişəm. Lakin aparat rəhbərim haqlı olaraq dərhal bu iddianı təkzib etdi. Çünki belə bir şey olmayıb. İlk dəfə 2018-ci ildə aprelin 17-də baş nazir seçildiyim zaman Paşinyana dedim ki, Azərbaycanla danışıqlar dayanıb. Xalqa da bu barədə xəbərdarlıq etdik. Onunla ikinci görüşümüzdə 2008-ci il martın 1-də İrəvanda baş verən qanlı iğtişaşlardan dərs çıxarmasını dedim. Lakin məni dinləmədi. Bildirdim ki, Ermənistanın daxili siyasi vəziyyəti çox gərgindir, belə olan halda heç bir müharibədə uğur qazana bilməyəcəyik. O isə bu məsələni sonradan Ermənistan xalqını təhdid edirmişəm kimi qələmə verdi”.
Sərkisyan Paşinyan hakimiyyətə gələn zaman onun "Ermənistanın fəlakəti” olacağını dediyini xatırladıb:
"Mayın 1-də komanda yoldaşlarım onun baş nazir səlahiyyətlərini icra edə bilməyəcəyini, ölkəni idarə etməyi bacarmayacağını, Ali Baş Komandanlığa da uyğun olmadığını dedilər. Bunun Ermənistan üçün dağıdıcı nəticələrə səbəb olacağına dair xəbərdarlıq etmişdik. Hələ 2020-ci ilin mart ayında Nikol Paşinyan mənim xalqı müharibə ilə təhdid etdiyimə dair açıqlama vermişdi. Deməli, mən həqiqətən də bu barədə xəbərdarlıq etmişdim. Əgər etməmişəmsə, o zaman Paşinyan bu açıqlamanı niyə verib? 4 il əvvəl yaz aylarında şəxsən mətbuat konfransı keçirərək hərbi əməliyyatların yaxınlaşdığını demişdi.
Sadəcə bir məsələ doğrudur. Həqiqətən də həm mənimlə, həm də Paşinyanla danışıqlar aparan bir şəxs vardı. 2019-cu ildə Paşinyan və komandası ona deyirdilər ki, hər şey qaydasındadır, arxanızdayıq, vəziyyət yoluna düşəcək. Amma sonra nə oldu? Baş nazir o insanları "arxadan vurdu”.