Sərkisyan Qarabağda hücuma hazırlaşır?

Sərkisyan Qarabağda hücuma hazırlaşır?
Serj Sərkisyan ötən gün "Blumberq”ə verdiyi müsahibədə bir sıra planlarını dolayısı yolla açıqlayıb.
 
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın "İragir” saytının əməkdaşı Akop Badalyan yazıb. Onun sözlərinə görə, Sərksiyan müsahibəsində 2011-ci ildə Kazanda 5 rayonun verilməsinə və orda sülhməramlıların yerləşdirilməsinə razı olduğunu ilk dəfə ictimaiyyətə açıqlayıb.
 
Həmçinin Sərkisyan Ermənistan tərəfinin Dördgünlük müharibə zamanı strateji əhəmiyyətli bəzi əraziləri itirdiyini etiraf edib:
 
"Ancaq o, itirilən ərazilərin strateji yüksəkliklər olmadığını, buna görə də əlavə qurbanlar verilməməsi üçün onların qaytarılmasına cəhd edilmədiyini açıqlayır.
 
Bu açıqlamalarla Serj Sərkisyan faktiki olaraq, Ermənistanın maraqlarını qurban verdiyini açıq etiraf edir. Sərkisyan vabank gedir? Niyə? Nə məqsədlə bunu edir?”
 
Müəllif qeyd edir ki, Sərkisyanın bu sözlərini Ermənistanın itirdiyi əraziləri qaytarmaqda və hərbi gücdən istifadə etməkdə haqqı olduğuna işarə kimi qəbul etmək olar: "Əgər belə deyilsə, onda niyə Sərkisyan itirilmiş əraziləri belə rahatlıqla ictimaiyyətin nəzərinə çatdırır?”
 
Sərkisyanın bu müsahibəsinin Rusiyanın vasitəçiliyi ilə nail olunan atəşkəsin daha genişmiqyaslı əməliyyatların qarşısını almağa kifayət etmədiyini təsdiqlədiyini açıqlayan müəllif Ermənistan rəhbərliyinin Moskvaya güvəncsizliyinin yarandığına diqqət çəkib.
 
"Sərkisyan "Blumberq”ə danışdığı gündən bir gün öncə Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşdü və ondan Azərbaycanın niyə aqressivləşməyə başladığını soruşdu. Görünür, Serj Lavrovdan kifayət qədər ümidverici cavab almayıb deyə, yeni Azərbaycan-Rusiya provokasiyasından dəm vurur.
 
Maraqlıdır ki, Lavrov İrəvanda Almaniyadan mexanizmlərin araşdırılmasının tətbiqi üzrə cavab gözlədiyini vurğulayıb. Bu addımı atmaqla rəsmi Moskva yeni destabilizasiya öncəsi öz günahsızlığını göstərməyə çalışır”, - Badalyan bildirib.
 
Müəllif vurğulayıb ki, Sərkisyan bu müsahibə ilə Ermənistanın Qarabağda yeni müharibəyə və hücuma hazırlaşdığına işarə edib: "Əgər Ermənistan tərəfi atəşkəsin qeyri-sabit olduğunu elan edirsə, bu, itirilmiş ərazilərin hərb yolu ilə geri alınmasına işarədir, digər tərəfdən isə bu, Lavrovun İrəvanda Ermənistan tərəfinə ümid verə bilmədiyi anlamına da gələ bilər. 
 
Belə çıxır ki, Serj Sərkisyanın bəyanatı Rusiyanın Ermənistan üçün bundan sonra etibarsız müttəfiq olduğu deməkdir? Serj Sərkisyan hər şeyi yeni "ağ vərəq”dən başlamağa hazırdırmı?”

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az