Sərnişinlərə şad xəbər: “Metro pulsuz olacaq”

Sərnişinlərə şad xəbər: “Metro pulsuz olacaq”
"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimi bitdikdən sonra Bakı Olimpiya Stadionundan çıxan tamaşaçılar "Koroğlu” metrostansiyasından pulsuz istifadə edəcək.

Bu barədə AzNews.az-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, həmin günü Bakı Olimpiya Stadionundan tamaşaçılar eyni anda çıxacaqlar:

"Bu sərnişinlərin rahat şəkidə stansiyaya girməsini təmin etmək üçün nəzərdə tutulub.”

"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də keçiriləcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az