Sertifikasiya imtahanlarında "0-29" bal toplayan rayonların SİYAHISI

Sertifikasiya imtahanlarında
Builki sertifikasiya imtahanlarında 0-29 bal aralığında nəticə göstərən ibtidai sinif müəllimləri ən çox Astara rayonu üzrə olub.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, həmin rayon üzrə 33 faiz müəllim 0-29 bal arası nəticə göstərib:

"Siyahı üzrə ilk sırada Azərbaycan dili və ədəbiyyat fənni üzrə Tərtər, Bərdə, Daşkəsən (hər üçü 14%), riyaziyyat fənnindən Gədəbəy (24%), Göygöl (20%) Ağcabədi (21%), xarici dil fənni üzrə isə Ağcabədi (42%), Astara (38%), Lerik rayonundan (37) olan müəllimlər olub".

E.Əmrullayev qeyd edib ki, sertifikatlaşdırılması prosesində iştirak edən ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimlərindən 25 yaşa qədər və 25-29 yaş aralığında olanlarının hamısı (100%-i) müvafiq keçid balını (30) toplamağa müvəffəq olub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az