“Vətəninfo.az” xəbər verir ki, Milli Fikir Mərkəzinin üzvləri, iyunun 30-da “Sevgililər günü” ilə bağlı tanıtım kartları paylayaraq şəhərin müxtəlif yerlərində sorğu keçirib. Kartın üzərində aşağıdakı sözlər yazılıb:
“Biz dünyada öz dəyərləri olan millətlərdənik. Avropa insanı, Şekspirin “Romeo və Cülyetta”sı ilə sevgi dəyəri yaradır, qəhrəmanlarının fədakarlıqlarını ədəbiyyata daşıyırdı.
Şərq özünə məxsus mistikası ilə 1001 gecə əhvəlatlarında özünü yaşatmağa çalışırdı.Rus ədəbiyatında eşq hekayəsi Ruslan və Lyudmila ilə sevgi obrazı yaratdı.
Ancaq Azərbaycanda, XX əsrdə gerçək bir eşq yaşandı. Bu nağıl, hekayə deyildi. Bu bizlərdən birisi İlham və Fərizənin gerçək eşqi idi. Onlar gerçək eşqin necə olduğunu göstərdilər.20 yanvar gecəsində vətən eşqinə canını verən İlham bir qəhrəman, özünü İlhamla ayrı görməyərək canına qıyan Fərizə bir qəhrəman oldu. Biz nağıllarda deyil, gerçəkdə eşqi yaşayan bir millətik.
Çünki biz sevdiyimiz uğrunda da ölə bilirik!
Sevgililər gününüz qutlu olsun!”
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?