Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, Avropa Liqasının qalibi bəlli olub. İspaniyanın “Sevilya” klubu İtaliyanın Turin şəhərində keçirilən finalda Portuqaliyanın “Benfika” klubunu məğlub edərək qitənin ikinci dərəcəli klub turnirində qalib gəlib.
Komandaların cəhdlərinə baxmayaraq, əsas vaxtda hesab açılmayıb və almaniyalı baş hakim Feliks Brix hər biri 15 dəqiqədən ibarət əlavə 2 hissə təyin edib. Мatçın əlavə olunmuş vaxtı da qolsuz başa çatıb və penaltilər seriyası təyin edilib. Penaltilər seriyasında isə daha dəqiq olan “Sevilya” (4:2) Avropa Liqasının qalibi olub.
“Sevilya” tarixində 3-cü dəfə bu yarışın qalibi olub. 2005/06 və 2006/07 mövsümlərində UEFA kubokunu qazanan ispaniyalılar Avropa Liqasının yeni adı ilə kuboku ilk dəfə başı üzərinə qaldırıb. Bu qalibiyyət İspaniyaya avrokubok mövsümünü “dubl”la bitirməyə imkan verib. Çünki Çempionlar Liqasında finalda bu ölkənin 2 təmsilçisi oynadığından kubok onların olacaq.
“Benfika” isə növbəti dəfə Qutman lənətindən qurtula bilməyib. 1960/61 və 1961/62 mövsümlərində Çempionlar kubokunu əldə edən portuqaliyalılar 52 ildir avrokubok qazanmır. Həmin vaxt macar məşqçisi Qutmanı istefaya göndərən Lissabon təmsilçisi o vaxtdan 8 dəfə finala çıxsa da qalib gələ bilməyib. Turindəki final onlar üçün ardıcıl 2-ci belə matç olub.
Vətəninfo.az
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ