Şeyx prezidentə müraciət edib-Dini televiziyanın yaradılması üçün

Şeyx prezidentə müraciət edib-Dini televiziyanın yaradılması üçün
Azərbaycanda dindən yazan jurnalistlər üçün kurslar təşkil olunacaq.
 
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
 
Onun sözlərinə görə, ölkədə bəzi jurnalistlər dini təbliğ edərkən bilməməzlikdən səhvlərə yol verirlər: "Onlar dini terminləri düzgünbilmirlər. Buna görə də təklif etmişəm ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə jurnalistlər üçün kurs təşkil edək. Mən hətta dinlə bağlı telekanalın da açılmasının tərəfdarıyam. Əgər belə olsa, bu problem həllini tapacaq".
 
A.Paşazadə bildirib ki, ölkədə dini telekanalın açılması üçün dövlət başçısına müraciət edib.
 
Miq.az
 







İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az