Gürcüstan ərazisində mövcud olan 100 məsciddən yalnız 1-i rəsmi dövlət qeydiyyatına alınıb.
“Vətəninfo.az”a Gürcüstandakı soydaşlarımızın verdiyi məlumata görə, Gürcüstan dövləti digər məscidlərin qeydiyyata alınmasında maraqlı deyil. Məlumatı verən soydaşımızın sözlərinə görə, bu məsələdə vətəndaşlara Qafqaz Müsəlmamları İdarəsinin sədri Şeyx Hacı Allahşükür Paşazadənin rəsmi nümayəndəsi, axund Əlinin (soyadını mənbə demədiyindən məcburən axund Əlinin soyadını yaza bilmirik) belə bu məsələdə aktiv olmadığını bildirir. Mənbənin sözlərinə görə, bu gün Gürcüstan Müsəlman İdarəsinin təsisçiləri, millət vəkili Azər Süleymanov, Borçalı bölgəsinin Qubernator müavini Hüseyn Yusifov və Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Ocaqquliyevin belə digər məscidlərin qeydiyyatı ilə bağlı hər hansı bir addım atmamaları əhalidə müəyyən narazılıqlar yaradır. Mənbənin sözlərinə görə, həm QİM-i təmsilçisi, eyni zamanda da GMİ təsisçilərinin proseslərə soyuq yanaşmaları rəsmi Tiflisin Gürcüstan müsəlmanlarının Allah evlərinin qeydiyyata alınması prosesində ciddi əngəllər yaradıb. Mənbənin sözlərinə görə, adları çəkilən şəxslərin soyuq davranışlarıda səbəbsiz deyil və proseslərə müdaxilə etməklə Gürcüstan rəhbərliyinə qarşı gəlməkdən qorxurlar. Məsələ ilə bağlı redaksiya olaraq məlumatda adları hallanan şəxslərində mövqeyini dərc etməyə hazırıq.
Kənan
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?