Şeyxülislam Allahşükür Paşazadə Dağıstandakı terror aktları ilə bağlı başsağlığı verdi

 Şeyxülislam Allahşükür Paşazadə Dağıstandakı terror aktları ilə bağlı başsağlığı verdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Dağıstandakı terror aktları ilə bağlı başsağlığı məktubları göndərib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə son günlər Rusiya Federasiyasının Dağıstan Respublikasında çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktlarına görə başsağlığı verib.
         
Dağıstan Respublikasının rəhbəri Sergey Melikova və respublikanın Müftisi Əhməd Abdullayevə ünvanlanan məktublarda terror aktları qətiyyətlə pislənilib, son hadisələr zamanı həlak olan insanlara Allahdan rəhmət dilənib, doğmalarına başsağlığı verilib, yaralılara şəfa arzulanıb.

 
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az