Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanna başsağlığı verib

Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanna başsağlığı verib

Şeyxülislam Allahşükür Paşazadədən Türkiyənin Diyanət İşləri Başkanına başsağlığı məktubu göndərib. Məktubda yazılıb:

"Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanı
möhtərəm Prof. Dr. Safi ARPAQUŞ həzrətlərinə
 
Hörmətli cənab Başkan,  əziz qardaşım!
           
Son günlərdə Şanlıurfa və Kahramanmaraşda müəllim və şagirdlərə qarşı törədilmiş qətl hadisəsi  bütövlükdə Azərbaycan xalqının və şəxsən mənim kədərimə səbəb oldu. Ümid edirəm ki, qardaş Türkiyədə mövcud olan əmin-amanlığa xələl gətirən bu kimi hadisələr bir daha təkrarlanmayacaq.
           
Kədərinizi sizinlə bölüşür, həlak olanların ailələrinə, yaxınlarına, bütün Türkiyə xalqına öz adımdan, Qafqaz  və  Azərbaycan müsəlmanları adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara Allahdan şəfalar diləyirəm. 
Allah yardımçınız olsun!"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az