Şeyxülislam A.Paşazadə G20 Dinlərarası Forumunda iştirak edəcəkdir

Şeyxülislam A.Paşazadə G20 Dinlərarası Forumunda iştirak edəcəkdir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 10-da G20 Dinlərarası Forumunda iştirak etmək üçün Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərinə yola düşür.
G20 Sammitləri ərəfəsində keçirilən Dinlərarası Forum davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası qlobal platformadır. G20 Dinlərarası Forumun Bolonya, Bali, Punada keçirilən tədbirlərinin iştirakçısı olmuş Şeyxülislam A.Paşazadə Cənubi Afrika Respublikasındakı növbəti tədbirə G20 Dinlərarası Forumun Prezidenti Kol Dürham tərəfindən dəvət olunub.
10-14 avqust tarixlərində baş tutacaq Keyptaun Forumunun mövzusu "İman fəaliyyətdə”dir. Forumun açılış plenar iclasında çıxış edəcək QMİ sədri Şeyxülislam A.Paşazadənin tədbir çərçivəsində müxtəlif mədəni proqramlarda iştirakı, Forum iştirakçıları və rəsmilərlə görüşləri nəzərdə tutulur.
Azərbaycanı G20 Dinlərarası Forumda, həmçinin, Azərbaycan Milli Məclisinin deputatları, habelə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov təmsil edəcəklər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az