Şeyxülislam Qırğızıstana səfərə yola düşür

Şeyxülislam Qırğızıstana səfərə yola düşür
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 10-da Qırğızıstan Respublikasına səfərə yola düşür. 

   
QMİ sədri A.Paşazadə 11 sentyabrda Bişkek şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının növbəti toplantısında iştirak və çıxış edəcəkdir. 

TDT MDİRŞ-in Əsasnaməsi Şuşa şəhərində imzalanıb, Birgə Bəyanat qəbul olunub. İstanbul, Bakı, Şuşa, Türküstan, Daşkənd, Astana toplantılarının ardınca Bişkekdə baş tutacaq VI iclasda "İslamda ümmətin vəhdəti” adlı sənədin qəbulu nəzərdə tutulub. Görüş iştirakçılarının Qırğızıstanın ali rəhbərliyi tərəfindən qəbulu və geniş mədəni proqram planlaşdırılır. 

Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının növbəti iclası Azərbaycanda keçiriləcəkdir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az