Aynur Imranova
Bu hökümətin YAP-çılara verdiyi qiyməti illər öncə öz üzərimdə görmüşəm. Həyat yoldaşım ordu sıralarında həlak olandan sonra çox ağır xəstəliyə tutuldum. Hipofiz vəzinin adenoması. Qısacası beynimdə, göz sinir sistemimin üstündə bir şişin olduğunu dedilər həkimlər. Bir gözüm artıq tutulmuşdu. İş qabiliyyətimi tamamən itirmişdim. Həkimlər israrla “əməliyyat” deyirdilər. Əməliyyat olsam bir az düzələcəm, amma görmə qabiliyyətimin 70% -ni itirəcəkdim. Dostlar analizlərimi Moskvaya göndərdilər. Düzünü deyim ki, artıq yaşamaq üçün ümidimi belə itirmişdim. Yavaş-yavaş bir qulağım, sağ ayağım tutulurdu. Moskvadan müsbət cavab gəldi. “Birinci kurs müalicədən sonra şişin böyüməsində geriləmə və ya durma olarsa, əməliyyatsız müalicə də mümkündür”dedilər. Sevinmişdim, yenə yaşamağa ümidim artmışdı. Getdim, amma sonra Bakıya geri döndüm. Müalicə çox bahalı idi. Deyilən məbləği heç kimdən “borc” deyə istəyəməzdim. Evimi və maşınımnı satdım.
Müalicəm effektli alındı, gözüm də açılmışdı. Geri döndüm. Yaşamağa hələki yerimiz yox idi. Oğlumla mən bir müddət Zərdabda anamın yanında qalmağa qərar verdik. Evimin pulundan bir məbləğ qalırdı. Ona Zərdabda kiçik bir sex açdım. Tikiş sexi. 15 nəfərə yaxın qadın işə götürdüm. Hamısını da ailə başçısı və ya atası olmayan, maddi durumu ağır olan xanımlardan seçdim. Yavaş-yavaş işləyirdik. Milyon qazanmırdım, büdcə təşkilatlarında işləyənlərdən bir az çox aylıq gəlirim vardı. Amma...
Rayon İcra Hakimiyyətindən rayonun xırda sifarişlərtini almaq istəyirdik. Bilirsiz bu ölkədə xəstəxana üçün yataq ağları, baxça və məktəblər üçün yumuşaq inventar katirovkası bütün tender formaları kimi “razılaşdırılmalıdır”. RİH bizə heç bir təmənnaları olmadan yardım edəcəklərini bildirdilər. Zərdabın o vaxtkı icra başçısı Mənsur Məmmədov yeganə şərtin YAP-a kolletivlə üzv olmaq olduğunu bildirdi. Hətta eyhamla bu olmazsa ümumi fəaliyyətin də mükünsüzlüyünü vurğuladı. Evə gəldiyimdə 15 qadın işçimin maddi durumu, özümün ağır müalicə xərclərim gözümün önündə idi. Bir tək öz məsuliyyətim olsa nə isə... Əlacım yox idi. Səhər hamımızn sənədlərini toplayıb YAP-a göndərdim. Bircə şərtim vardı – bizi zəhlətökən tədbirlərinə çağırmayacaqlar. Razılaşdıq. Doğrudanda bizə dəyib dolaşan yox idi. Ta ki...
Zərdabın icra başçısı dəyişildi. Lütfəli Babayev Mingəçevirin İcra başçısı vəzifəsindən azad edilib, Zərdaba təyin olundu. O gündən də mənim də, qızların da günü qara oldu. Bizə işləməyə imkan vermədi. Mən də bir gün sexi bağlayıb Bakıya qayıtdım.
O vaxtdan illər keçib. Bütün bu hadisəni isə mənə keçən həftə bir olay xatırlatdı. Rayondan mənə təşvişlə zəng gəldi. Yerli YAP təşkilatı bütün rayonu ayağa qaldırıb məni axtarır. Səbəb? Mənim seximin yerləşdiyi binanın yanındakı zibillikdən siçanların deşik deşik elədiyi YAP biletləri tapılıb. İndi “hörmətli YAP çılar” heç olmasa qalan sənədləri məhv etmək üçün geri istəyirdilər. Getmədim. Məncə o biletlərə bundan artıq dəyər verilsə ən azından işsiz qalan o 15 qadına haqısızlıq olar, deyilmi?