Silah satışı ilə bağlı Moskvadan - Açıqlama

Silah satışı ilə bağlı Moskvadan - Açıqlama
Rusiyanın Azərbaycana silah satmasında hər hansı nüanslar axtarmaq lazım deyil. Rusiya digər ölkələrlə hərbi-texniki əməkdaşlığını aydın beynəlxalq hüquqi əsaslarda aparır.
 
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
 
O qeyd edib ki, bu məsələdə hansısa nüanslar, sözlərdə ikili, ya üçlü məna axtarmağa ehtiyac yoxdur.
 
"Dağlıq Qarabağdakı vəziyyətin mürəkkəbliyini yaxşı başa düşürük. Əslində hansı metodların vəziyyətin sabitləşdirilməsinə gətirib çıxara biləcəyini anlayırıq. Bu metodlara ilk növbədə siyasi-diplomatik tənzimlənmə aiddir”, - deyə M. Zaxarova vurğulayıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az