“Siqan” ləqəbli avtoritet Azərbaycana təhvil verildi

“Siqan” ləqəbli avtoritet Azərbaycana təhvil verildi

Rusiyada qətl və digər cinayətlər törətməkdə təqsirləndirilən Elmir Məmmədov Azərbaycana təhvil verilib. 

E. Məmmədovun cinayət işi üzrə Rusiyada keçirilən məhkəmənin hökmü ilə 21 il müddətinə azadlıqdan məhrum edilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində onun cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsinə dair məhkəmə prosesi başlayıb. Növbəti proses sentyabrın 30-da keçiriləcək.

Onu da qeyd edək ki, E. Məmmədov kriminal aləmdə "Siqan" ləqəbi ilə tanınır./APA/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az