Şirvan şəhərində QHT nümayəndələri üçün təlim keçirilib

Şirvan şəhərində QHT nümayəndələri üçün təlim keçirilib
 
Sentyabrın 9-da Şirvan Regional QHT  Resurs və Təlim Mərkəzində  region vətəndaş cəmiyyəti  nümayəndələri üçün "QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı" mövzusunda  təlim keçirilib
 
 Təlim  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən   həyata keçirilən "Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində baş tutub. Təlimi layihə rəhbəri və qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə aparıb.
 
 Təlimə Şirvan şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 13 QHT rəhbəri və nümayəndəsi qatılıb.
 
Təlimdə QHT-lərin vətəndaş cəmiyyəti şəbəkəsinin (www.qht.az)  elektron bazasında qeydiyyatı, onlara məxsus subdomenli saytların idarə olunması, QHT liderlərin informasiya bankının yaradılması, QHT liderlərinin bloqlarının idarə olunması və qht.az xəbər saytına QHT-lər tərəfindən xəbərlərin daxil edilməsi ilə bağlı praktiki məşğələlər aparılıb. Təlim  zamanı bir-neçə  region QHT-si üçün subdomenli saytlar yaradılıb.
 
Təlimi uğurla başa vuran QHT nümayəndələrinə sertifikatlar, gənc fəallara isə təşkilat adından təşəkkürnamələr təqdim olunub.
 
Xatırladaq ki,  www.qht.az - vətəndaş cəmiyyəti şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb. Şəbəkədə 400-dən artıq QHT haqqında informasiya toplanıb və həmin QHT-lərin subdomenli saytları fəaliyyət göstərir. Eyni  zamanda şəbəkə gündəlik olaraq QHT-lərin fəaliyyəti haqqında xəbərlər yayımlayır. Layihə çərçivəsində elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı ilə bağlı Bakı şəhərində təlimlər keçirilib.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az