Siyəzəndə mağazada partlayış olub, mağazanın divarı uçub

Siyəzəndə mağazada partlayış olub, mağazanın divarı uçub
Siyəzən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan mağazada yanğınla nəticələnən partlayış baş verib.
Vətəninfo.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, nəticədə mağazada olan 40 litrlik qaz balonundan ikisi partlayıb, mağazanın bir divarı uçub və yanar konstruksiyaları yanıb.
 Mağazada olan qaz balonları və bitişik obyektlər yanğından mühafizə olunub.
 Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az