“Skype”, “Facebook” və “WhatsApp" lisenzilayaşdırılmalıdır
"Həmin şirkətlər arasında müqavilələr imzalanacaq”.
Azəbaycanda azad internet var. Heç bir xidmət məhdudlaşdırılmır. Eyni zamanda sosial şəbəkələr də azad fəaliyyət göstərir.
Vətəninfo.az xəbər verir ki, "APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə
açıqlamasında Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov deyib.
Nazir
əlavə edib ki, rabitə xidmətləri göstərən "Skype", " Facebook" ,
"WhatsApp" daxil olmaqla heç bir sosial şəbəkəyə məhdudiyyət
qoyulmayıb:
"Azərbaycanda fəaliyyət göstərən
rabitə xidmətlərinin bir neçəsi lisenziyalaşdırılmış xidmətlərdir. Hesab
edirik ki, bu rabitə xidmətlərini göstərən "Skype", " Facebook",
"WhatsApp" da lisenzilayaşdırılmalıdır. Lisenzilaşdırma istifadəçilər
üçün heç bir problem yaratmayacaq. Ancaq tənzimləyici orqanlarla həmin
şirkətlər arasında müqavilələr imzalanacaq”.
Ə.Abbasov
əlavə edib ki, oktyabr ayında regionun ən böyük Trier3 səviyyəli
DATA-mərkəzi Azərbaycanda istismara veriləcək. Onun sözlərinə görə,
DATA-mərkəzin istismara verilməsi bulud servislərin populyarlaşmasına və
bulud texnologiyalara keçid prosesini sürətləndirməyə imkan yaradacaq:
"DATA-mərkəz
regionda fəaliyyət göstərən, məlumat emal edən bu cür mərkəzlərdən
birincisi olacaq. Mərkəz həmçinin regionun digər ölkələri və "Google”,
"Facebook” və digər böyük şirkətlərə xidmət göstərəcək. Bu bizim
informasiya təhlükəsizliyi və kiber hücumlardan qorunmaq üçün çox
vacibdir. Tələbatdan asılı olaraq, DATA-mərkəzin gücü artırılacaq".