Şok iddia: “20 dəqiqəyə Moskvanı vura bilər” – Rusiyanı dayandıracaq silah

Şok iddia: “20 dəqiqəyə Moskvanı vura bilər” – Rusiyanı dayandıracaq silah

ABŞ Hərbi Hava Qüvvələrinin B-52H "Stratofortress” strateji bombardmançısından atılan hipersəsli qanadlı raket (AGM-183A ARRW) 20 dəqiqədən az müddətdə Moskvaya zərbə endirə bilər.

Miq.Az xəbər verir ki, bu barədə ingilis nəşri "Daily Express” yazıb.

Nəşr adıçəkilən raketin yaxın vaxtlarda ABŞ-da sınaqdan keçiriləcəyini bildirib.

Qəzetə görə, "AGM-183A ARRW”-nin uğurlu sınaqlarından sonra ABŞ hipersəsli texnologiyalar ilə Rusiyanın qarşısını ala bilər.

Raketlərin 10-12 dəqiqədə 1600 kilometrdən çox məsafəni qət edə bilcəyi iddia olunur.
ABŞ-ın "Lockheed Martin " şirkəti ilk dəfə ötən ilin mart ayında "AGM-183A ARRW”-nin görüntüsünü yayımlayıb.

"B-52H Stratofortress” ilk uçuşunu 2019-cu ilin iyun ayında "AGM-183A ARRW” hipersəs aeroballistik raketlə edib.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az