ŞOK!!! PKK “Azercell”in xidmətindən istifadə edir?

ŞOK!!! PKK “Azercell”in xidmətindən istifadə edir?
Vətəninfo.az xəbər verir ki,Türkiyədəki mənbəyimizdən "Olaylar”a ilginc məlumat daxil olub. Məlumatda Türkiyədə fəaliyyət göstərən PKK terror təşkilatı üzvlərinin biri-birləri ilə telefon əlaqələri üçün Azərbaycanın ən böyük mobil operatoru "Azercell”in xidmətindən istifadə etdikləri bildirilir. "PKK-çıların "Azercell” nömrələrindən istifadə etmələri təsadüfi deyil. Türkiyədəki terror təşkilatları və üzvləri üzərində nəzarəti gücləndirən Milli İstihbarat təşkilatı (MİT) onların telefonlarını da dinləyir. Dəfələrlə belə dinləmələrlə PKK-nın Diyarbəkir, Şırnak, Van, Ağrı, Batman və digər kürd bölgələrində həyata keçirmək istədikləri terror planlarının qarşısını alıb. "Azercell”dən istifadə etməklə PKK üzvləri MİT-dən öz planlarını gizləməyə çalışırlar. Çünki, MİT xarici mobil operatorları dinləyə bilmir ki, bu da PKK-ya əlavə üstünlük qazandırır”, - deyə mənbə qeyd edib. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az