Sosial mənzillər üçün sənəd qəbulu: Təxirə salındı – RƏSMİ
Bildiyimiz kimi, bu gündən etibarən güzəştli kateqoriyaya daxil olan şəxslərin sosial mənzil almaq üçün ASAN Xidmətə müraciət başlanmalı idi.
Hazırda sosial mənzillərin alınması ilə əlaqədar daxil olan müraciətləri, bu sahədə aktivliyi öyrənmək üçün Cebhe.info ASAN Xidmətin 108 çağrı mərkəzi ilə əlaqə saxlayıb.
Mərkəzdən bildirilib ki, hələlik sosial mənzillərin alınması ilə əlaqədar olaraq sənəd qəbulu başlanmayıb: "Mayın 1-i üçün sənəd qəbulu nəzərdə tutulmuşdu. Müraciətlərin hansı tarixdən etibarən başlanması, həmçinin bu prosesin niyə təxirə salınmasından xəbərsizik. Sənəd qəbulunun mayda olması nəzərdə tutulur”.
Miq.Az