“Sovetski”də yeni problem - İLAN
Bakının başıbəlalı "Sovetski” məhəlləsindən yeni xəbər var. Qeyd edək
ki, bu xəbər hər hansı müsbət dəyişiklik və ya qərarla bağlı deyil.
Sökülən evlərin dağıntıları "Sovetski”nin dar küçələrini daha da
daraldaraq keçilməz edib. Xarabalığı xatırladan dağıntılar arasıda peyda
olan ilanlar isə ayrıca təhlükə mənbəyinə çevrilib. Mütəxəssislər
ilanların məhz isti aylarda diqqətsiz, uçuq-dağılmiş ərazilərdə peyda
olduğunu xüsusi vurğulayırlar.
Yasamal Rayon İcra Hakimiyyətinin memarı Eyvaz Bağırov isə məsələdən xəbərsiz olduğunu deyərək faktı təkzib edib: "Bunu
birinci dəfə sizdən eşidirəm. Belə hal və bununla bağlı hər hansı
şikayət almamışıq”.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12
dekabr tarixli 2013-cü il tarixli sərəncamına əsasən, söküntü ərazisinə
düşən 10 min 500-dək yaşayış və qeyri-yaşayış sahəsində 6 mərhələ üzrə
ölçü və inventarlaşdırma işləri aparılmalıdır. Köçürülmə işləri yalnız
könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə
həyata keçirilir.
Modern.az