Şovinistlər Avrasiya.net-i hədəfə götürüblər

Şovinistlər Avrasiya.net-i hədəfə götürüblər

Avrasiya.net-in 2009-cu ildən Niderland Krallığının Rotterdam şəhərində məskunlaşan hüquq müdafiəçisi Ataxan Əbilovdan götürdüyü müsahibənin (http://avrasiya.net/?p=10020) onu dəstəkləyənlər tərəfindən hiddətlə qarşılanacağını əvvəlcədən hiss edirdik. A.Əbilov müsahibənin son bir neçə sual və cavabını vermədən öz statusunda yerləşdirdikdən sonar Avrasiya.net-in və müsahibəni götürən şəxsin ünvanına təhqiramiz ifadələr yazıldı. Bunların sifariş olduğunu A.Əbilovun nəzərinə də çatdırdıq. Lakin nəticəsi olmadı. A.Əbilov öz səhifəsində ünvanımıza deyilən təhqirləri olduğu kimi saxladı.

Bu təhqirlərin davamlı olacağını da istisna etmirdik. Çünki Avrasiya.net öz sualları ilə talışların hüquqlarını (baxmayaraq ki, A.Əbilov bütün Azərbaycan vətəndaşlarının hüquq müdafiəçisi olduğunu iddia etsə də, bizə bunu sübut edə bilmədi) yüksək səviyyədə qoruyan bir hüquq müdafiəçisini ifşa etdi. A.Əbilovun suallarımız qarşısında aciz qalıb cavab verməməsi bir neçə şovinistin ovqatını elə təlx edib ki, indiyə qədər özlərinə yer tapa bilmirlər. Normal insan müsahibəni oxusaydı bilərdi ki, söhbət nədən gedir. Biz həmin müsahibədə heç bir təxribat xarakterli sual verməmişik. Əksinə, A.Əbilov özünü pis durumda qoyduğundan vəziyyət belə alınıb.

Dünən tallish.info-da Eldar Şərifzadə adlı birisi də (http://www.talish.info/news/pochemu_gore_zhurnalist_staraetsja_vysluzhitsja_pered_antitalyshskim_rezhimom/2013-02-01-3101) Avrasiya.net və onun təsisçisinə “hücum” çəkib. Hansı ki, bu şəxs bizi vətənpərvərlikdə, xalqlar arasında nifaq salmaqda, antitalış mövqe nümayiş etdirdiyimizdə ittihamlayır. Amma Azad Ləzgistan Hərəkatının saytı və başqa internet portallarında verdiyi xəbərlərdən onun hansı missiyanı daşıdığı açıq görünür. Bu şəxs təkcə bizə qarşı deyil, hörmətli professorumuz Hacıbaba Əzimova, alimimiz Fazil Günaya və daha neçə-neçə ziyalımızı www.talish.org saytında dəyərsiz və məntiqsiz fikirləri ilə hücüm çəkib.

Yeri gəlmişkən, bizimlə yanaşı son günlər Azərbaycan jurnalistləri də belə hədəflərə götürülüblər. Elə  www.talish.org-da tanınmış jurnalist Elnur Eltürkün ünvanına böhtanların yağdırılması, Fikrət Fərəməzoğlunu isə hətta “talış xalqının düşməni” elan edilməsinin arxasında hansı məqamların dayandığı bizə yaxşı məlumdur.

Görünür Eldar Şərifzadə kimi digərləri də məsələnin mahiyyətini bilmədən, düşünmədən, fikirləşmədən sifarişli yazılar yazmaqla həm özlərini ifşa edirlər, həm də bütün talış xalqını. Çünki bu kimi insanlar bütün talış xalqının adından danışırlar. Halbuki çox hörmət etdiyimiz talış xalqı onlara bu hüququ verməyib. Belə insanlar birdəfəlik yadlarında saxlasınlar ki, Azərbaycanı, Ləzgistan, Talışstan, Avarstan kimi vilayətlərə bölmək arzusunda olan ideoloqların xidmətində dayanmalarını heç talış xalqı belə bağışlamaz.

Belə hücumların davamlı olacağını istisna etmirik. Nə qədər coxdur Eldar Şərifzadə kimilər. Amma onları da qınamırıq, neyləsinlər, bir parçı çörək üçün kimlərisə təhqir etməli, xalqlar qrasında nifaq yarada biləcək sifarişli yazılar yazmalıdırlar da…



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az