“Sübut edə bilməsən şərəfsizsən” – Türk komandan erməni deputata

“Sübut edə bilməsən şərəfsizsən” – Türk komandan erməni deputata

Bəhs etdiyiniz "erməni soyqırımı”nın olmaması da bizim üçün o tarixi həqiqətlərdən biridir.

Bunu NATO Parlament Assambleyasının (PA) İstanbulda keçirilən 62-ci sessiyasında Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar Ermənistandan olan deputat Koruyn Nahapetyanın "erməni soyqırımı” barədə sualına cavab verərkən bildirib.

Akar erməni millət vəkilinin sualına tarixi həqiqətlərin saxtalaşdırıla bilməyəcəyinə dair misal çəkərək cavab verib:

"Erməni soyqırımı”nı bəzi ölkələrin qəbul etməsi heç nəyi dəyişmir. 16-cı əsrdə Qaliley dünyanın öz oxu ətrafında döndüyünü deyəndə ona inanmadılar, ancaq bu, həqiqəti dəyişdirmədi. Bəhs etdiyiniz "erməni soyqırımı”nın olmaması da bizim üçün o tarixi həqiqtələrdən biridir. Siz bunu nə qədər gündəmə gətirsəniz də, tarixi həqiqət dəyişməyəcək”.

K. Nahapetyanın noyabrın 19-da Suriyanın Hələb şəhərində Türkiyə-İŞİD terror təşkilatı əməkdaşlığı nəticəsində 5 nəfərin ölməsi barədə iddiasına isə Akar sərt reaksiya verib:

"Türk ordusu indiyə qədər Hələbdə tək güllə belə atmayıb. Bunu isbat etməyən şərəfsizdir, əxlaqsızdır, tərbiyəsizdir. Sübuta yetirsəniz, istefa verməyə hazıram. Sözünüzü geri götürməyinizi tələb edirəm”./azerbaycan24.com/

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az