Sumqayıtda DƏHŞƏT: 28 yaşlı gənc qız əməliyyatdan sağ çıxmadı
Sumqayıtda növbəti dəfə xəstə ölümü baş verib.
Miq.az xəbər verir ki, sentyabrın 18-də şəhərin Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına qanaxma diaqnozu ilə çatdırılmış 28 yaşlı Elnarə Sultan qızı Takayeva cərrahiyyə əməliyyatından sağ çıxmayıb. Həmin gün səhər saat 6-da mədəsində qanaxma baş verdiyindən xəstə təcili olaraq xəstəxanaya çatdırılsa da, o, yalnız 4 saat sonra – saat 10-da cərrah Bəhram Quliyev tərəfindən sağ yumurtacığının partlaması diaqnozu ilə əməliyyat olunub.
Əməliyyat qurtardıqdan sonra qanaxma yenə davam etdiyi üçün xəstə axşam saat 8-də yenidən əməliyyata götürülüb, lakin əməliyyat uğursuz başa çatıb - gənc qız həyatını itirib./xeberle.com/
Miq.az