Ehsan Zahidov: "Kimin uşağı oğurlanıbsa, bizə müraciət etsin"
Son günlər Sumqayıt sakinləri arasında vahimə hökm sürür. Buna səbəb isə azyaşlıların itkin düşməsi ilə bağlı yayılan xəbərlərdir. Hazırda Sumqayıt şəhəri və ona yaxın qəsəbələrdə valideynlər övladlarının məktəbə getməsinə qorxurlar və ya uşaqlarını məktəbə özləri ilə aparırlar.
Sakinlər arasında gəzən xəbərlərə görə artıq 20-dək müxtəlif yaşda olan uşaqlar oğurlanıb. Yerli sakinlər bildirirlər ki, Sumqayıt şəhər 34 və 36 saylı orta məktəblərdən bir neçə şagird yoxa çıxıb. 12-si mikrorayonda yerləşən bir bağçadan da körpə uşağın oğurlandığı daha sonra isə onun meyitinin bir zibillikdən tapıldığı bildirilir. Zibillikdən tapılan uşağın cəsədinə baxış keçirən zaman isə onun qara ciyərinin çıxarıldığı aşkar olub. "Kotej" adlanan ərazidə isə bir evdən itən 6-cı sinifdə oxuyan uşaq daha sonra yaralı vəziyyətdə öz həyətlərinə atılıb. Onun bir böyrəyinin çıxarıldığı iddia olunur.
Yerli sakinlər bidirirlər ki, bütün bunlar orqan mafiyası tərəfindən həyata keçirilir.
Bu informasiyaların nə qədər həqiqətəuyğun olduğunu araşdırmaq üçün Sumqayıta yola düşdük. Sakinlər 6-cı mikrorayonda uşaq bağçasından bir uşağın oğurlandığını iddia etdiyi üçün ilk olaraq yolumuzu həmin bağçadan - 57 saylı "Qönçə" Körpələr Evindən saldıq. Həyətdə bizi iki valideyn qarşıladı və bura nə üçün gəldiyimizi soruşdu. "Nə üçün belə təəccüblə bağçaya gəldiyimi soruşmalarının səbəbini öyrəndikdə" "Son vaxtlar bağça və məktəbdə uşaqları oğurlayırlar, biz də qorxuruq, onun üçün soruşduq" deyə bildirdilər. Bu bağçadan uşaq oğuranıb - oğurlanmaması ilə bağlı sualımıza isə valideynlər "Yox, buradan oğurlanmayıb, amma biz də belə xəbərlər eşitdiyimizi üçün qorxuruq. Ona görə də uşaqlarımızı özümüz aparıb gətiririk".
"Evroviziya" öncəsi xof yaradan kimlərdir?
Körpələr evinin müdirəsi Balaxanım Qəhrəmanova da rəhbərlik etdiyi məssisədən uşaq oğurlanmadığını bildirdi: "Düzdür, belə şayiələr gəzir, amma ortada fakt yoxdur. Uşaq milçəkdimi onu hər yoldan ötən oğurlasın? Məncə, bu bilərəkdən yayılan informasiyadır. Bununla da "Avrovizion" yarışması öncəsi əhali arasında xof yaratmaq istəyirlər. Necə olur ki, əvvəllər belə informasiyalar yayılmırdı? Dünən bir valideyn mənə deyir ki, 37 saylı məktəbdən bir nəfəri maşına basıb apardılar. Özü də gözləri ilə gördüyünü idda edir. Amma əslində belə şey yoxdur. Şayiələr də beləcə bütün şəhərə yayılır. Nəticədə əhali arasında xof yaranır".
Cəmi bir uşaq yoxa çıxıb
37 saylı məktiəbin 9-cu sinif şagirdi Ülvi Xudaverdiyev bildirir ki, onlar da bu məlumatlardan xəbərdardırlar: "4, 37, 39, 21 saylı məktəblərdən uşaqları oğurlayıblar. 39 saylı məktədən 2 uşaq yoxa çıxıb, amma səhəri gün tapılıb. Onların əllərinə 200 manat pulu skoçla yapışdırıblarmış. Amma bizim məktəbdə mənim tanıdığım uşaqlardan kiminsə oğurlanmasını eşitməmişəm".
27 saylı məktəbin şagirdləri isə məktəblərindən olmasa da yaşadıqları məhəllədən həqiqətən bir uşağın yoxa çıxdığını bildirdilər: "Əslən Yardımlı rayonundan olan Ramin addlı bir uşaq yoxa çıxıb, hələ də tapılmayıb".
Balaca dostlarımızın göstərdiyi istiqamətə hərəkət edirik. Həqiqtən də itkin düşmüş uşaqla bağlı divara elan yapışdırıldığının şahidi oluruq. Qeyd edək ki, itən uşaq əslən Yardımlı rayonunun Şovut kəndindəndir. Həmin kənd məktəbində də oxuyur. Sadəcə Sumqayıta gəlib və martın 29-da yoxa çıxıb. Əmisi Əfqan Qələndərov deyir ki, uşağın hara getməsi barədə onlarda məlumat yoxdur: "Martın 29-da evdən çıxıb bir daha geri qayıtmayıb. Polisə müraciət etmişik. Onlar da deyirlər ki, "əlimizdən gələni edirik. Bu günlərdə uşaqla bağlı nəticənin olacağını bildiriblər. Hələ ki, gözləyirik".
12-ci mikrorayonda yerləşən 21 saylı məktəbdə uşaqlar arasında da belə söz-söhbətlərin yayıldığının şahidi olduq. Amma müəllimlər bu söhbətlərin cəfəngiyyat olduğunu bildirdilər.
Göründüyü kimi Sumqayıida uşaqların kütləvi surətdə (sakinlərin iddia etdiyi 20 nəfərin) oğurlanması faktı yoxdur. Bizdə olan məlumatda görə yalnız bir uşaq itkin düşüb. Amma rəqəmlər niyə bu qədər şişirdilib? "Avrovizion" yarışması öncəsi belə səs -küyün yaranması təsadüfi görünmür. Xüsusən informasiyanın belə kütləvi yayılmsında görünür maraqlı qüvvələr var. Azərbaycanda uşaq (və ya adam) oğurluğuna, eləcə də onların daxili orqanlarının guya götürülməsinə dair məlumatların gündəmə gətirilməsi təbii ki, "Evroviziya" kimi möhtəşəm mahnı yarışması öncə əcnəbilərin ölkəmizə münasibətini dəyişə də bilər. 57 saylı "Qönçə" körpələr evinin müdirəsi Balaxanı Qəhrəmanova hesab edir ki, bu məlumatlar Azərbaycanı sevməyən insanlar tərəfindən yayılır: "Burada da ermənilər çoxdur. Fikrimcə bu məlumatlar onlar tərəfindən yayılır ki, azərbaycanlıların vəhşi imicini yaratmaqda davam etsinlər. "Avrovizion" yarşmasına gəlmək istəyən əcnəbilər "Uşağın daxili oranlarını çıxarıb, özünü zibillyiə atırlarsa gör bizm başmıza nə oyün gətirərlər?" deyə fikirləşə bilərlər. Məncə bu həmin məqsəd daşyır. Ermənilər çox tülkü millətdirlər və bundan istifadə edə bilərlər. Yenə də deyirəm ki, bizim aramızda az erməni yaşamır".
Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xilmətinin orəhbəri Arif Babayev məsələ ilə bağlı Daxili İşər orqanarına müraciət etməyimizi məsləhət gördü.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə onlarda bu barədə məlumatın olmadığını dedi: "Mən də Sumqayıtda yaşayıram, amma belə bir şey eşitməmişəm. Kimin uşağı oğurlanıbsa, fakt varsa gəlib bizə müraciət etsin. Oğurlanan uşaqların yəqin ki, valideynləri var? Onlar haradadır, niyə polisə müraciət etmirlər? Nəsə deyirlər, amma fakt göstərmirlər. Bunlar hamısı çayxana söhbətləridir."
DİN sözçüsü Orxan Mansurzadə də bu məlumatların boş şey olduğunu bildirdi: "Sumqayıtda 13 yaşlı bir uşaq itib ki, bununla bağlı da Sumqayıt polisi araşdırma aparır. Amma çoxsaylı uşağın oğurlanması ilə bağlı yaylına məlumalar cəfəngiyyatdır və çox güman ki provokasiyadır. Belə şey olsaydı rəhbərlik səviyyəsində məsələ diqqətə götürülərdi, əməliyyat axtarış qrupu yaradılardı. Amma belə şey yoxdur. Sumqayıtda kriminogen durum nəzarətdədir, polis də ki, öz işini yaxşı bilir"
(Həftə-içi).
Əli Zülfüqaroğlu