Suriyadan köçən ermənilərin Qarabağda yerləşdirilməsi ilə bağlı dəfələrlə məlumat verilib. Ermənistan hakimiyyəti də Suriyadan köçən ersmənilərin Qarabağda yerləşdirilməsində maraqlıdır və bununla da orada sönmüş həyatı canlandırmağı düşünürlər. Amma bəzi ekspertlər hesab edirlər ki, Suriya erməniləri Qarabağda yerləşəndən müəyyən müddət sonra Ermənistan hakimiyyəti üçün ciddi problemlər yaradacaqlar. Məlumdur ki, hazırda Ermənistanda Qarabağ erməniləri hakimiyyətdədir. Onlar ölkənin müxtəlif gəlirli sahələrini əllərində cəmləyiblər. Bundan Ermənistanın milli maraqları üçün yox, öz şəxsi ambisiyları üçün istifadə edirlər. Onlar hakimiyyətdə qalmaları üçün Ermənistanın milli maraqlarını satmağa hazırdırlar və dəfələrlə belə addımlar atıblar ki, bunlardan biri də Ermənistanın Rusiyanın for postuna çevrilməsidir. Məhz bu amillər də erməni diasporunun ciddi narazılığına səbəb olub. Erməni diasporu Ermənistan hakimiyyətini öz mənafeləri naminə milli maraqları satdığı üçün dəfələrlə qınayıb. Sərkisyan iqtidarı hakimiyyətdə qalmaq üçün Qarabağ kartından da məharətlə istifadə edir. Eksperilərin fikrincə Suriya erməniləri Qarabağda yerləşəndən və möhkəmlənəndən sonra indiki erməni hakimiyyəti artıq əvvəlki kimi əl-qol aça bilməyəcək, həmçinin üçün Qarabağ kartından da məharətlə istifadə edir. Eksperilərin fikrincə Suriya erməniləri Qarabağda yerləşəndən və möhkəmlənəndən sonra indiki erməni hakimiyyəti artıq əvvəlki kimi əl-qol aça bilməyəcək, həmçinin Q arabağ kartından sui istifadəsi məhdudlaçacaq. Hətta bildirilir ki, yuxarıda sadaladığımız və digər faktorlar səbəbi ilə onların indiki dayaqları sarsılacaq və hakimiyyətdən getmələri sürətlənəcək.