Suyun verilməsi iki gün ərzində tam bərpa olunacaq

Suyun verilməsi iki gün ərzində tam bərpa olunacaq
Yaxın iki gün ərzində Bakının Yasamal, Səbail və Binəqədi rayonlarında suyun verilməsi tam bərpa olunacaq. Vətəninfo.az Trend-ə istinadla xəbər verir ki, bu barədə "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
İyulun 10-da Kür-Bakı magistral boru xəttində baş verən qəza ilə əlaqədar yuxarıda adıçəkilən rayonlarda su fasilələrlə verilir.
A.Cəbrayıllı qeyd edib ki, təmir işləri davam edir və problemin 95 faizi həll edilib: "İki gün ərzində suyun verilməsi tam bərpa olunacaq”.
O həmçinin bildirib ki, şənbə axşamı paytaxtın Nəsimi rayonunda baş verən qəzanın nəticələri də aradan qaldırılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az