Tahir Kərimli deputatlığa namizəd olmayacaq? - AÇIQLAMA

     Tahir Kərimli deputatlığa namizəd olmayacaq? - AÇIQLAMA

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq bir sıra partiyalar namizədlərini müəyyənləşdirib. Eyni zamanda müəyyən şəxslər fərdi qaydada namizədliklərini irəli sürəcəklərini bildiriblər. 

VI çağırış Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimlidən isə hələ ki səs-soraq yoxdur. Tahir Kərimli namizədliyini irəli sürəcək? 

Onun köməkçisi Aftandil Məmmədov Modern.az-a bildirib ki, Tahir Kərimlinin namizədliyinin irəli sürülüb-sürülməyəcəyi hələ dəqiqləşməyib: 

"Partiya olaraq seçkilərdə iştirak edəcəyik. Amma şəxsən Tahir müəllimin seçkilərdə iştirakı hələ o qədər də gündəmdə deyil. Nəzərdə tutulmur. Lakin gələcəklə bağlı dəqiq heç nə deyə bilmərəm". 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az