Tahir Kərimli: "Fəallar yorucu boykot, nəticəsiz mübarizə səbəblərindən AXCP-dən istefa verirlər"

Tahir Kərimli:
"Sosial mediada AXCP-dən istefalarla tanış oldum. Təbii ki, maraqlandım. Axı AXCP üzvü olmasam da, bir zamanlar AXC-də təmsil olunmuşam. Məni, gizli səsvermə ilə seçildiyim AXC Ali Məclis üzvlüyündən Əli Kərimlinin dövranının başlanğıcında antidemokratik olaraq, özümün də xəbərim olmadan çıxarmalarını (Tofiq Qasımovla birlikdə) xatırladım. Bəli, biz Xalq Hərəkatının qurucularını, veteranlarını belə uzaqlaşdırdılar. Ona görə də AXC-dən çıxıb öz partiyamızı yaratmaq məcburiyyətində qaldıq. İndi isə fəal şəxslər yorucu boykot, nəticəsiz mübarizə və s. səbəblərdən istefa verirlər".

 

Bunu Pravda.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

 

"Bununla da bu təşkilat daha çox zəifləyir, AXC-nin rudimentinə çevrilir. Biz burada şikayətləri, özünü itirmə, gözdən düşmə proseslərini izləyir və qeyri-ixtiyarı möhtəşəm Xalq Hərakatı təşkilatının tənəzzülünün, necə deyərlər, "haradan hara gəldigiynin" şahidi oluruq", - o qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az