TALAN: ARDNŞ-in əmlakı Aktau-da satılır

TALAN: ARDNŞ-in əmlakı Aktau-da satılır

Vətəninfo.az   “Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkəti ilə bağlı əldə etdiyimiz danılmaz faktları davamlı olaraq yayımlasaq da.çox təssüflər olsun ki, baş verənlərlə bağlı bu və ya digər şəkildə ölçü götürülməsi ilə bağlı hansısa addımların atıldığının şahidi olmuruq. Görünür cəzasızlığa öyrənən  “Global Energi İnvestment” şirkətinin rəhbərliyi, Azərbaycanda istədikləri kimi edə biləcəyi düşüncəsindədir. Amma  İgor Kirdoda anlamalıdır ki, onun 85 faiz pay sahibi olduğu şirkətin qeyri-qanuni əməllərin əgöz yumanlar olsa da. Buna bu ölkəni sevən insanlar göz yuman deyillər.


AYDİKO qurğusu və UPA-1,UPA-2 qurğuları hardadır?

AYDİKO qurğusu

-Bununla bağlı apardığımız araşdırma zamanı məlum olur ki,ABŞ istehsalı olan Aydiko unversal qazma qurğsunu hələ “Qarasu” Əməliyyat Şirkətindən öncə Şirvanda “Mişovdağ” sahəsində neft və qaz çıxarmağa ilə məşğul olan “AzPetoil” şirkətinin (Azəri-Türk müştərək muəsisesi) prezidenti Rasim Yıldız tərəfindən alinıb. Dəyəri bu gün dünya bazarında 30 milion olan Aydiko universal qurğusu 1 milyon 8 yüzmin ABŞ dollara alınıb.  “Qarasu” Əməliyyat Şirkətində də 2007-ci ildə  kanadalılar qaldırma-endirmə zamanı teleskopik vişkasını zədələdikləri üçün istismara yararsız edib. Bununla yanaşı iki ədəd də UPA-1,UPA-2 qurğuları alınaraq istifadə edilib. Amma bu gün nə AYDİKO qurğusu, nə də UPA-1,UPA-2 qurğuları “Qarasu”Əməliyyat Şirkətinin ərazisində deyil. Maraqlıdır bəs görəsən dəyəri 1 milyon 8 yüz min ABŞ dolları olan bir qurğu hara yoxa çıxıb?

Bir məqamıda qeyd edək ki, “Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkətinin Nəqliyyat bazasında olan bütün texnikalar,əgər istifadəyə yararsız olduğu halda, istismardan çıxarılır və ARDNŞ-nin balansına  qeyri-şərtsiz keçir. Amma  AYDİKO qurğusu istismardan çıxarıldıqdan sonra, ARDNŞ-nin balansına keçirilməyib. Onu da qeyd edək ki,adı cəkilən qurğuların heç birnin dövlət nömrə nişanı olmayıb.Amma “Qarasu” Əməliyyat Şirkətinin maliyyə söbəsində qeydiyatları olan invertarlardırlar.

Digər bir məqam isə ondan ibarətdir ki, ARDNŞ-nin “Qarasu”Əməliyyat Şirkətində nümayəndəsi olduğunu harda gəldi deyən ,şirkətin vitse-prezidenti İslam Ovçuyev ARDNŞ-nin maraqlarını “Qarasu” ƏŞ-də belə qoruyursa vay bu dövlətin halına. ARDNŞ-nin nümayəndəsinin gözləri önündə  şirkətin əmlakı qeyri-qanuni sənədlər hazırlanaraq çıxarılır və satılır bunları görmür. Amma başqa bir vaxt şirkətdə milçək uçsa xəbəri olan adam necə oldu ki, belə bahalı əmlakları görməzdən gəldi. Yəqin ki, ARDNŞ-nin prezidenti,millət əvkili cənab Rövnəq Abdullayev bu məsələni araşdıracaq. Araşdırmağa da borcludu. Çün ki, ARDNŞ-nin rəhbəri olaraq ARDNŞ-nin invertarına verilməli olan istənilən əmlaka birbaşa məsul odur. Əgər İqor Kirdoda bu ölkənin əmlakını Azərbaycandan çıxardılmasına şərait yaradırsa, ancaq və ancaq oğlu İvan Kirdoda üçün pulların qazandırılmasına başı qarışıbsa.deməli Rövnəq Abdullayev cənabları bu ölkənin əmlakına əl uzadanların əllərini kəsməlidir. UPA-1,UPA-2 qurğusundan isə xəbər yoxdu. Sanki yer yarılıb yerin altına girib.



Araşdırmamız zamanı UPA-1, UPA-2 qurğusuna bir başa cavabdeh şəxr Nəqliyyat şöbəsinin rəhbəri Adil Bəylərov olsa da, bir il öncə "Qarasu"Əməliyyat Şirkətinin Nəqliyyatın Təminatı şöbəsinin menceri Arif Alışovun əli ilə "Qarasu"Əməliyyat Şirkətindən nəməlum istiqamətdə çıxarılıb.

Redaksiyadan: “Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkətində baş verən yeyinti halları və digər saxtakarlıqlarla bağlı araşdırmalarımız davam edir.Bizi izləyin.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az