Talış kəndinə 42 erməni ailəsi qaytarıldı- Düşmən yeni savaşdan ehtiyatlanmır?..
Bu günlərdə 3 il öncə Aprel savaşının ən qaynar nöqtələrindən biri olmuş Tərtər rayonunun işğal altındakı Talış kəndinə onlarla erməni ailəsi köçürülüb.
Moderator.az xəbər verir ki, bu haqda Rusiya mediası informasiya yayıb. Xəbərdə deyilir ki, erməni icma rəhbərliyinin noyabrın 8-ə verdiyi məlumata görə, hazırda kənddə 42 ailə yaşayır. Bundan qabaq həmin ailələr müvəqqəti Alaşan kəndində məskunlaşıblar. Bu ilin avqustunda Talışda cəmi 4 ailə və 20 ailə başçısı yaşayıb.
Guya 2016-cı ilin aprelinədək Talışda 125 ailə və ya 600-dək erməni yaşayıb. Aprel savaşından sonra erməni diasporunun dəstəyi ilə kənddə dağılmış binaların bərpası başlayıb. Ermənilərin kəndə geri qaytarılması 2018-ci ilin sentyabrına nəzərdə tutulsa da, bu baş tutmayıb.
P.S. Görünür, ermənilər xaricdəki ağalarından siqnal alıblar ki, Azərbaycan savaş-filan edən deyil. Odur ki, arxayıncasına təmas xəttindəki kəndləri təkrar məskunlaşdırırlar...
Sultan Laçın