Tanınmış akademik təhsil nazirinin müavini olacaq...

Tanınmış akademik təhsil nazirinin müavini olacaq...


Yeni yaradılan Elm və Təhsil nazirliyində elm sahəsinə nəzarət edən şəxs mütləq akademik elmi titulunu daşıyan şəxs olmalıdır.

Bu barədə Yenipress.az-a AMEA-dakı mənbə qurumda aparılan islahatlar və humanitar sahə istisna olmaqla, qalan bütün institut və qurumların Təhsil Nazirliyinə verilməsi və Elm və Təhsil Nazirliyinin yaradılması haqda danışarkən deyib.

Mənbənin sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasında hazırda yalnız humanitar sahələri əhatə edən institutlar qalıb:

"Buna görə də texniki elmlər üzrə alim, akademik Arif Həşimovun AMEA-nın rəhbəri kimi qalacağı gözlənilmir. AMEA-ya humanitar sahədən bir akademikin rəhbər seçiləcəyi nəzərdə tutulur.

Elm və Təhsil Nazirliyində isə elm sahəsini kurasiya edəcək tanınmış akademiklərdən birinin nazir müavini təyin ediləcəyi bildirilir. Üzərində ən çox dayanılan şəxs isə Arif Həşimovdur. Arif Həşimov həm bu sahədə ixtisaslaşmış və idarəetmə təcrübəsi olan şəxsdir, həm də nazirliyə birləşən institutlarla uzun illərdir birgə çalışır. Ona görə də A.Həşimovun ən azı bu proses bitənə qədər nazir müavini vəzifəsini daşıyacağı ehtimal edilir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az