Tanınmış iqtisadçı alim Ramiz Mehdiyevə qarşı etirazlara başlamağı təklif etdi

Tanınmış iqtisadçı alim Ramiz Mehdiyevə qarşı etirazlara başlamağı təklif etdi

İqtisadçı alim Qubad İbadoğlu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) kitabxanasına üzvlük haqqlarının artımına qarşı etiraz etməyi təklif edib.


Miq.Az xəbər verir ki, Qubad İbadoğlu dünyanın nüfuzlu universitetlərində kitabxanaların pulsuz olduğunu bildirib:


"AMEA-nın kitabxanasına üzvlük haqqının artımına etiraz edək.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) kitabxanasına üzvlüyə görə illik ödəniş əvvəllər 5 manat olduğu halda, 2017-ci ildə 100 manata, bu yaxınlarda isə 150 manata qaldırıb. Həmçinin 1 ay üçün iş günlərinin sayı da 27-dən 20-ə endirilib. Belə çıxır ki, hər ay ərzində 20 gün kitabxanadan istifadəyə görə 15 manat ödənilməlidir.

Bu məbləğ əlaçı tələbələrin aylıq təqaüdlərinin 12 faizinə qədərini təşkil edir.

2020-ci ilin dövlət büdcəsindən elmə ayrılması nəzərdə tutulan 193,7 milyon manat vəsaitin 122,34 milyon manatı və ya 63,15 faizi Azərbaycan Milli Elmlər Akademiyasının payına düşür. Bununla yanaşı, 2020-ci il üçün AMEA-nın büdcədənkənar xərcləri 2 milyon manat nəzərdə tutulub ki, bu da 2018-ci ilin icra göstəricisindən 840 min manat və ya 72 faiz çoxdur. Bu qədər vəsaitin üzərində sərəncam vermək hüququ olan AMEA-nın kitabxanaya üzvlük haqqını 50 faiz qaldırması tələbələr arasında ciddi narazılır doğurur.

Hazırda yaşadığım ərazidə AMEA-nın kitabxanasından zəngin olan ictimai kitabxanaların, elədə də çalışdığım Rutgers Universitetinin Elmlər Akademiyasının inzibati binasından böyük olan kitabxanasının bütün növ xidmətləri pulsuzdur. ABŞ-da hətta Konqresin kitabxanasına da ödənişsiz üzv yazılmaq mümkündür.
Azərbaycanda tələbələrin və gənc tədqiqatçıların kitablara olan maraqlarının onsuz da azaldığı bir zamanda AMEA-nın Kitabxanasına üzvlük haqqının artımını qəti sürətdə pisləyir və onun ləğvini təklif edirəm. Tələbələri və tədqiqatçıları bu təşəbbüsə dəstək olmağa dəvət edirəm”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az