Dilqəm Əhməd və Pənah Hüseyn
Onun sözlərinə görə, bu mövzuda daha əvvəl də başqaları eyni səpkidə fikirlər irəli sürüblər:
"Hər halda biz tarixdən bilirik ki, Roma papasını diz çökdürən Hun xaqanı Atilla müsəlman deyildi. Çinə sədd çəkməyi məcbur edən hunlar müsəlman deyildilər. Tarixdə böyük iz qoyan Göktürk dövləti müsəlman ölkə olmayıb. Yəni türklər islamdan öncə də Avropanı, Çini diz çökdürmüşdülər. Təbii ki, islamın bayraqdarlığı ərəblərdən türklərə keçəndən sonra da bu fəthlər, qələbələr davam etdi. İslamdan öncəki dövlətlərin yox olması normaldır. İslamdan sonrakı türk dövlətləri də yoxdur zatən. Hanı Qaraxanlı, Qəznəli, Səlcuqlu, Eldənizli, Qaraqoyunlu, Ağqoyunlu dövlətləri?”
D.Əhməd AXP sədrinin uğursuz fikir irəli sürdüyünü bildirib:
"Osmanlı islam dövləti olaraq Mudros müqaviləsini imzalayıb. O zaman bu faciəni islamın ayağına yazmalıyıq? Türklər olmasa idi, islam lokal xarakterli bir din olaraq qalacaqdı. Türklərin sayəsində din bu qədər geniş əraziyə yayıldı. Türk və islam mövzularını bir-birinə qarşı qoymaq lazım deyil. Bu mövzuda minlərlə kitab yazılıb. Mənim Pənah bəydən xahişim var: Meydan hərəkatı və baş nazir olduğu illəri aid kitab yazsa, cəmiyyətə daha çox fayda vermiş olar. Buna daha çox ehtiyac var”.