"Taxıl dəhlizi ilə bağlı İstanbulda görüş ola bilər"- Mövlud Çavuşoğlu


"Taxıl dəhlizi ilə bağlı Rusiyadan cavab gözləyirik" 
 
Miq.Az xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. O, qeyd edib ki, Ukraynanın Qara dəniz vasitəsilə taxıl ixrac etməsi üçün minaların təmizlənməsinə ehtiyac olmadığını, təhlükəsiz xətlərin açıla biləcəyini bildirib.

XİN rəhbəri BMT planının işlək plan olduğunu və tərəflər razılaşarsa  İstanbulda görüşün baş tutacağını deyib. 
Türkiyənin BMT-nin planını dəstəklədiyini vurğulayan Mövlud Çavuşoğlu, "Tərəflər razılaşarsa, detalları müzakirə etmək üçün İstanbulda görüşə biləcəyimizi dedik" ifadəsini işlədib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az