Təbriklər, Azərbaycan Vətəndaşlığını xoşbəxt edən Prezident – Müzəffər ABK İlham Əliyev!
Ön söz əvəzi
Müstəqil jurnalist Aydın Canın fb səhifəsində paylaşdığı təbrik yazısındakı dəyərli fikirləri, konseptual məqamları nəzərə alaraq, cüzi ixtisar və "qıcıq yaradan” ifadələri redaktə etməklə, miq.az-ın oxucularına təqdim edirik,
Saat 1-i keçib, xanım oyadır ki, dur, hamı Prezidenti təbrik edir, şəklin paylaşır, sən hələ yatırsan – 55 ildə bu cür yuxudan oyadılmağım olmamışdı!
İllər uzunu gecəylə gündüzün yeri taydəyişik olub məndə - işsizlikdən və səhhətimdən yana.
İşsizliyi həll eləmək olardı – gedib bir yerdə baş girələməklə!
ETMƏDİM: İqtidar məmuru özünün müdiri qarşısında buqələmun, yaltaq, işçisinə əzazil, qəddar!
Müxalifətində də eləcə, hələ üstəlik yalançı, etibarsız!
İşsizliyi problemə çevirməkdənsə, elə işsiz qalmağı işləmək kimi qəbullandım!
Yuxusuzluğa da çarə etmək olardı: yüksək dozada amitriptilin, ya da fenozepan atmaqla yuxu rejimini qaydaya salmaqla - onu da etmədim ki, onsuz da durduq yerdə tutub aparıb qoyurlar içəri, əllərində bəhanə olmasın ki, psixotrop maddələr qəbul edir!
Anladığınız kimi, bu yaşam tərzi onçun olub ki, bu iqtidarı, bu hakimiyyəti qəbul etməmişik, bütün bəlaların səbəbini bu iqtidarda görmüşük!
Hətta o dərəcəyəcən ki... evdəki arvad gedib özünə iş tapanda boşamışıq ki, sən neyləyirsən ərin müxalifətçi ola-ola, gedib iqtidarın prezidentinə də yox, onun özündən böyük rəhbəri tərəfindən arvadı-qızı üzünə söyüləndə gülən, "bəli, baş üstə” deyən məmurunun qabağında başını aşağı salıb "bəli, cənab başçı” deyəcəksən? - baxmayaraq ki, müxalif partiyanın lideri-təmsilçisi olmalarına baxmayaraq, arvadları-qızları prezident aparatında, nazirliklərdə, icra hakimiyyətlərində işləyənlər də vardı!
Və zaman göstərdi, sübut etdi ki... Azərbaycan xalqının qürur, ləyaqət sərgiləyib insan haqları, söz azadlığı, demokratiya uğrunda adını müxalifət qoyan hissəsinin 30 il ərzində sərgilədiyi performans anlamsız bir çaba, mənasız bir yaşam tərzi imiş (day orasını o cür demirəm ki, xarici xüsusi xidmət orqanlarıyla əməkdaşlıq etmək, qrant almaq üçün bir dəstə siyasi möhtəkirin-dələduzun "afyora çetesi”nin ekstrasensor fəaliyyəti)!
Və bu gün 20 il, 15 il, 10 il əvvəl müxalif və müstəqil qəzetlərdə, ən nəhayət, 5 il qabaq elə bu səhifədə yazdıqlarım təsdiqlənir: "Müxalifətdə bu qədər uzun müddət qalmaq aşınmaya, imkanların itirilməsinə gətirib çıxarır! Proseslər uyğun-adekvat reaksiyalar doğurur, yaradır!”
Hətta ana müxalifət liderlərini ittiham etdiyim də olub ki, siz hakimiyyətə gəlmək üçün müxalifətdə deyilsiniz e, hakimiyyətin ömrünü uzatmaq üçün fəaliyyət göstərirsiniz – Ramiz Rövşən Aqil Abbasa "Aqil, sən gəlmirsən e, gedirsən” dediyi kimi!
ZAMAN BU TARİXƏCƏN sübut edir ki, yazdıqlarım ən azı İKİ VARİNATIN BİRİNDƏ dəpdəqiqdir və ola da bilsin ki, gələcəkdə hər iki variantda doğru ittiham etdiyim təsdiqini tapar!
Arada olan o olub ki... bu xalqın özünü müxalifətçi, mübarizə aparan böyük bir kontingenti kütləyə, qaragüruha çevrilib, işsiz, avaraya dönüb, məhbus həyatı yaşayıb, evi-ailəsi olanın evi-ailəsi dağılıb, olmayan da evsiz-ailəsiz, işsiz qalıb!
Bu gün Cavanşir Quliyevin, Flora Kərimovanın və başqalarının da linçi məhz bu dar dünyagörüşün, bu həqiqəti dərk etməməyin nəticəsidir: "təkcə ölülər və dəlilər fikrini dəyişmir!”
Biz bütün bunları anlamağımıza və bizə anlatdığına görə İlham Əliyevə borclu olmağımızın fərqinə varmalıyıq – bu 20 ildə Azərbaycan siyasi səhnəsində rola girən nə qədər kollaboranist vardı, hamısını tanıtdı!
Bu gün ad günü olan, artıq nəinki öz komandasının, Azərbaycan xalqının, eləcə də beynəlxalq aləmin... Müzəffər Ali Baş Komandan... statusunda, ranqında, rütbəsində qəbul etdiyi İlham Əliyevin!
Və... mən məcburam xüsusi qeyd edim: bu yazı xalqın qrup və partiya marağından çıxış etməyən, hansısa klana və qrant təşkilatına mənsub olmayan, heç bir stolaltı, stulüstü, pərdəarxası oyunlarda iştirakçı olmayan böyük bir kontingenti üçün yazılır, oyunlarda olan komanda təmsilçiləri öz oyunlarına davam edə bilər və bu yazı – AÇIQ TƏFƏKKÜRLƏ QLOBAL DÜŞÜNMƏyə çağıran mətn... onlar üçün deyil!
Sevmək... sevməyi bacarmaq, haqq olanı sevmək!
Talışlarda bir "zobələğ” sözü var, mahiyyətində oxşama-əzizləmə ilə bərabər, bir küçümsəmə də var, rusların "tsıplyak”ı kimi, yəni "cücə” anlamında!
Niyə yadıma düşdü bu söz?
İnanmıram ki, bu boyda Azərbaycanda biri tapıslın ki, heç olmasa, ömründə bircə dəfə də olsa dünyaya yeni gələn uşağını qucağına götürüb əzizləməsin, bağrına basmasın! Bax, o səhnəni görəndə böyüklərin, böyük uşağı olanların münasibəti-ironiyasıdır həmin o söz(lər). Yəni ki... buna bax e... hələ kimliyi, necə-nəliyi bəlli olmayan bir "zobələğ”i, "tsıplyak”ı, "cücə”ni BELƏ əzizləyir!
Heç kim də fərqinə varmır ki, özü də məhz belə edib, əzizləyib, bağrına basıb!
ONA GÖRƏ Kİ... öz uşağı olub, bizim uşağımız olub! Baxmayaraq ki, "zobələğ”dir, "tsıplyak”dır, "cücə”dir!
NƏTİCƏ: Hər bir vətəndaş, qıraqdan necə dəyərləndirilməyinə baxmayaraq (AŞ PA nə deyir, Human Rights nə bəyanat verir, ABŞ Senatı nə qərar qəbul edəcək), öz ölkəsinin Prezidentini MƏHZ ELƏ sevməlidir, əzizləməlidir!
Gerisi... faktlar üstündə davam etməlidir!
Mən jurnalist olaraq, məhrumiyyətlər içində yaşasam da, məhdudiyyətlərə məruz qalsam da, valideynlərim və övladlarım, el-oba qarşısında ictimai-siyasi, sosial durumuma görə gözükölgəli olsam da... Azərbaycan Vətəndaşı olaraq, xoşbəxtəm! Bunu Müzəffər ABK İlham Əliyevə borcluyam – düzdür, O, Konstitusiyaya görə öz səlahiyyətlərini icra edib, xalqın istədiyi dönəmdə yox, Özü məqbul bildiyi zamanda nail olub bu qələbələrə, ancaq nə dəxli var, təşəkkür etmək imandandır!
Prezident İlham Əliyevi sevmək, əlamətdar hadisələr zamanı sayğı ifadə etmək, ad gününü təbrik etmək
Bu Xalqın Əxlaqi-Etik Kodeksinin Şah bəndi olmalıdır!
Çünki öz "zobələğ”lərini-"tsıplyak”larını-"cücə”lərini heç nəyə baxmayaraq, heç bir uğur olmadan əzizləyən kontingent... Öz ölkəsinin Prezidentini sevməyi bacarmalı, öz ölkəsinin Prezidentinə sevgisini ifadə etməlidir!
ƏN AZINDAN ONA GÖRƏ Kİ...
Cənub regionunda bir şairə vardı, yazmışdı ki, "Mən Allahı Kişi kimi, Kişini Allah kimi sevirəm”, bütün ədəbi forum cameəsi düşmüşdü qadın şairənin paçasından da aşağı, ta ayaqlarının altına qədər!
Qadın şairə də bu fikrə ona görə gəlmişdi ki, seksual proses vaxtı (hansı ki maksimum müddəti 6 dəqiqə, həzz dəqiqələri 10-12 dəqiqə) ekstaza, orqazma çatdırmışdılar!
A kişi, Sənə 220 illik minnəti-möhnəti 44 üstəgəl 23 saat 47 dəqiqəyə aradan qaldıran, əbədiliyini təmin edən bir Sərkərdəni, Prezidenti ÖMÜRBOYU sevmək, özü də Allah kimi sevmək... mənsub olduğun xalqla birgə borcundur e – bəxş etdiyi əbədi tarixi-siyasi-hərbi həzzə görə!
Bunu bacarmayan xalq ya frigiddir, ya impotent!
İlham Əliyev bu xalqa, bu dövlətə öz Prezidentini Allah, Allahını Prezident kimi sevmək lüksünü yaşatdı... artıq!
"Olmazsa olmaz” deyil, ya siyasi frigidlikdir, ya da siyasi impotentlik!
Sevəcəksən, təbrik edəcəksən, razı qalacaqsan!
Əgər mən jurnalist, ata olaraq, məhrumiyyət və məhdudiyyət içərisindəyəmsə, bunun günahı İlham Əliyev və onun iqtidarında deyil – Azərbaycanda jurnalistlər var ki, evi də, villası da var, arvad üstündən məşuqə də saxlayır, oğlu-qızı Amerikada, Fransada, İspaniyada, İngiltərədə oxuyur, maşınları da cağbacaq, heç bircə dəfə İlham Əliyevin adını da çəkməyib, təşəkkür etməyib, heç sosial şəbəkə qəhrəmanı da deyil, istedadda məndən də geri qalmır, hamı da xətrini çox istəyir, heç kim də ondan gözləmir ki, durub İsa Qəmbəri tərifləsin, Əli Kərtimliyə dəstək olsun, mitinqə gəlsin!
Yəni xalq yaşamağın tərzini özü seçməlidir, problemləri varsa, həllini özü tapmalıdır, sosialist yaşam tərzini kapitalist formasiyada demokratik ölkədə tələb etmək başdanxarablıqdır!
Adam... İlham Əliyev sənin üçün, ölkən üçün, dövlətin üçün bütün siyasi driblinqlərin ən gözəlini nümayiş etdirib, bütün siyasi gedişlərin ən möhtəşəmi ilə mat qoyub, ABŞ Senatı-AŞ PA-RF ilə üskük oynayıb, üçünü də "loxlayıb”, üçünün üç tuzu ilə birgə çiyninə "6-lıq” asıb hamısının, durub uşaqpulu davası etmək siyasi oğraşlıqdır!
ƏVVƏLA, bu gün 44 gün və 23 saat 47 dəqiqəyə görə maksimum 3 min şəhid və 3 uşaq kayb etmişik, amma yaxın 10-20 ildə 3 milyon uşağın, 13 milyon vətəndaşın gələcəyinin təhlükəsizliyini qazandırıb!
Deməli, gələcəyinin təhlükəsizliyini təmin etdiklərinə uşaqpulu da veriləcək – Özü bilir haçan!
Sabah o uşaqpullarını alan gənc atalardan hansı biri gedib indi dava döyənlərin uşaqlarına – nəvələrinə bayram hədiyyəsi alacaq?
Bax, bu əxlaqa sahib olmaq lazımdır – kim kimə və nəyə görə minnətdar olmalıdır!
Müəllim maaşının davasını edənlər arada kriminal xronikaya da baxsalar yaxşı olar: kənd müəlliminin evindən 80 min manat pul oğurlanıb!
Əgər bir kənddə yaşayan müəllimin şəhərdə də, Bakıda da evi varsa, bunu İlham Əliyev verməyib, özü qazanıb o müəllim! Repetitorluqla
Əgər kənddə yaşayan müəllim maaş azlığından gileylənirsə, onu İlham Əliyev ac saxlamayıb!
Əgər icra hakimiyyətinin başçısı işə götürdüyü müxalif partiya təmsilçisinin qızıyla eşq yaşayırsa, hansısa nazirlikdə hansısa idarə rəisi iş otağında hansısa kişinin arvadıyla intim yapıb videosunu çəkirsə, bunu İlham Əliyev etməyib!
İlham Əliyev Dövlətin Təhlükəsizlik Paçasının – Sərhədlərinin Toxunulmazlığının təminatçısıdır, kiminsə hardasa işləyən qızının, arvadının yox!
Biz bütün neqativlərə görə İlham Əliyevdə günah görürük!
Biz bütün pozitivləri borclu sayırıq!
Tənqid edirik, bu, kişilik olur, etiraf edəndə... satqınlıq!
Molla Nəsrəddin yayın istisində yolda eşşəyin belində gedir. Adamlar hoydu-hoyduya götürür ki, bu istidə eşşəyə minib. Sonra... eşşəklə yanaşı piyada gedir, deyirlər bu istidə eşşəyi yolda tələf edir. Axırda Molla Nəsrəddin eşşəyi belinə alıb aradan çıxır ki, bu xarabalarda dəyər, prinsip nədir, bilinmir, cəhənnəm olub gedək!
Faktiki isə Azərbayanda milyonlarla insan rahat yaşayır və kef çəkir – arada rayonlara çıxın, gəzin, görün, Cənnət bibi deyən kimi, ay Məşədi Kazım, gəl gör nə güzarın var!
Deyirsiniz, müəllim acdır, evindən 80 min çıxır, deryirsiniz adamlarda pul yoxdur, adamlar 10 min manatdan 100000 min manatacan rüşvət verib işə girir, alınmayan küçə, dayanacaq, obyekt, torpaq sahəsi, maşın markası qalmayıb... bu "ac, yoxsul” dediyiniz adamların əlindən!
Arada Azərbaycanın güzarını görməyə çıxın, çıxanda da unutmayın:
Şah vəzirdən ölkənin halını soruşur. 40 gün vaxt verir. Vəzir 4 saatdan sonra özü 4-cüsü olmaqla 3 nəfərlə girir qəbula və hesabat verir:
- Ölkədə kim kimi harda tutdu, cinsi istismara məruz qoyur!
- Ölkədə kim harda nəyi gördü, aparır!
- Ölkədə bıçağı qoy, yağı kəs!
Şah soruşur:
- İndi ölkədə vəziyyət necə oldu?
Vəzir:
- Şah sağ olsun, o birinci ki var, dedi ha ölkədə kim kimi harda tutdu, zorlayır, o, zinadan əmələ gəlib! O ikincisi ki var ha, kim harda nəyi gördü aparır, o, oğrudan əmələ gəlib. O üçüncüsü ki var ha, dedi bıçağı qoy, yağı kəs, bax, o, mömin bəndələrin övladıdır!
Ölkədə vəziyyət də budur!
DEMƏYİM O Kİ... Azərbaycana zinadan, oğrudan əmələ gələnlərin uşağı kimi baxmayaq!
Üstəlik də, Ayaz Arabaçı demiş:
Kim harda nə p...x yeyir, qoy yesin,
Fikir vermə hər anası qəhbəyə!
Üstəlik də Pərviz Cəbrayıl gözəl deyib illər qabaq: "Prezidentdə bizdən, bizdə Prezidentdən nəsə var!”
Demokrat olaq, demokratiya uğrunda mübarizə aparaq, day xaricdən, daxildən ölkə-hakimiyyət-klan savaşı aparanlardan pul alıb, bir-birimizə ağzımıza gələni demək qədərincə demokrat olmayaq da!
Guya da ki, "əyilməz, dönməz, mübariz”lər obrazına-moduna girənlərə deyim ki, qolunu bükə bilmədiyinin əlini öpəcəksən! Öpməsən də... öpəcəksən... uşağının – nəvənin ağzıyla!
Üstəlik də aparın bu yazını verin İlham Əliyevin seçki və partiya təbliğatçılarının... əlinə, düşsün dillərinə: O ki seçkini boykot edirlər e, deyirlər e namizədlik üçün seçki təbliğatı aparmağa vaxt azdır bəhanəsiylə, seçki saxtakarlığı var arqumenti ilə, onlara deyin ki, ay biz deyənlər, 1992-ci ilin 14 mayında seçki təbliğatı aparmağa vaxt var idi, seçkilər şəffaf keçirilirdi (mart referendumundan cəmi iki ay keçmişdi e!) ki, hakimiyyətə gəldiniz? Hakimiyyətə gəlməyə başqa variant, yol tapa bilmirsiniz?
Doğru cavab bəlli olsa da, verilməz – buna siyasi cəsarət və kişilik lazımdır!
O doğru cavabı verə bilmirsinizsə, üstündən də otuz il, beş prezident seçkisi keçirilibsə, iki dəfə prezident adı dəyişibsə, onda di haydı, ya dilinizi dinməzə qoyun, ya da bükə bilmədiyiniz qolun əlini öpün!
Cavanşir Quliyevlə də, Flora Kərimova ilə də işiniz olmasın! Prezident seçkilərində namizədliyini verməyə dalı yoxdur, iştirak eləmir, vətəndaşını Prezidenti təbrik etməkdə ittiham edir!
Sizi 220 illik möhnətdən qurtaran ölkə başçısını təbrik edin: siyasi frigid və siyasi impotent olmağınızı, heç olmasa, bu yolla gizlədin! Heç olmasa, beynəlxalq təşkilatlar və ictimaiyyət deyə bilsin ki, "Fatma nənənin intellektual xoruzları”ndandırlar!
Fatma nənəyə bir gecə qəfil bir alim qonaq gəlir, şərt kəsirlər ki, gecə intim cəhdlər olmayacaq, alim də özünü intellektual biri kimi təqdim edir, bəli, gecə yatırlar sülh şəraitində, səhər alim duranda görür ki, həyətdə 10 xoruz var, bir toyuq. Soruşur ki, Fatma nənə, bu nə məsələdir, Fatma nənə də deyir ki, o 10 xoruzun 9-u sənin kimi intellektualdır, biri xoruzdur!
YAZININ MÖHÜRBƏNDİ
1998-ci ildə Həcc ziyarəti vaxtı "Azadlıq”ın həyətində oturub söhbət edəndə adının çəkilməsini istəməyən bir hacı həmkarıma dedim ki, indi Ən böyük pir, müqəddəs məbəd, Məkkə... Heydər Əliyevin qurşağıdır: səcdə et, əyil, öp, hər şey olacaq!
Üstündən 5 il keçdi, həmin hacı soruşdu bəs indi. Dedim "dediyim dedıxdı”. Yenə Heydər Əliyev – indi məqbərəsi: get, qarovula dur, əyil, hər şey olacaq!
Bu yaxınlarda görüb yenə soruşur: bəs indi?
İndi də durub dekabrın 12-də yazdığım "Allah İlham Əliyevdir, İlham Əliyev Allahdır” yazısını atmışam poçtuna!
Həci dostuma-həmkarıma da, hamıya da, deyirəm:
- Sufilərdən birindən soruşurlar "Allah hardadır”, verdiyi cavabı bu olur ki, göstər mənə bir nəsnə ki, o, Allahın mülkündən, iradəsindən kənar olsun! Heydər Əliyevin, İlham Əliyevin də vaxtında "blaqa”, kef, var-dövlət, vəzifə, iş istəyənlərə yolunu demişəm, indi də deyirəm. Ancaq gərək adamlar da bilsin, onlar nə istəyirlər – vəzifə, iş, kef, yoxsa... demokratiya, söz azadlığı, hakimiyyət?
Dövlət Sevgisi ilə "Ayətəl-kürsü” sevgisinin fərqini bilmədən həm həyat, həm hakimiyyət eşqi bir araya sığmaz!
Biz elə də böyük ağlın, böyük imkanların sahibi deyilik!
Olanımız budur və bu... çoxdan çoxdur!
Mən ad günündə düşüncələrimi siyasi kataklizmlər və paradiqmalar üstündə qurmaq istəmədim, çünki... kolbalarda reaksiya aparmaq olar, əkin-biçin tarlada olur! Yerdə ot bitər, Atmosferdə hava olur.
Azərbaycan ölkədir, düzdür, amma nəzərə alaq ki, hələ dünya Azərbaycana poliqon kimi baxır, bunun döyüş meydanı statusundan çıxarılmağı var, gələcəyə dövlət kimi aparılıb çatdırılmağı var!
Hələ ki, bunu İlham Əliyev bacarır!
Niyə bu əminliklə deyirəm, yadınıza salıram. Zelenski Prezident seçilməmişdən əvvəl yazmışdım: lap belə ölkədə demokratiyadır, İlham Əliyev də Prezident deyil, bu namizədlərdən hansı biri mənə əminliklə deyə, sübut edə bilər ki, Prezident seçilsə, ölkədə demokratiya olsa, rüşvət-korrrupsiya olmasa, həm də ölkənin təhlükəsizliyini qoruyar İrandan, Rusiyadan, AŞ PA-dan, ABŞ Senatından və necə?
Bu suala cavab almadım.
Demokratik yolla seçilən Zelenskinin ölkəsi Ukraynaya soxulan ruş qoşunlarını 3-cü ildir NATO, ABŞ Senatı, AŞ PA, Aİ ölkədən çıxara bilmir!
Təkcə qaçqın düşən uşaqların sayı Azərbaycan əhalisinin sayı qədərdir!
İlham Əliyevlə uşaqpulu davasını edənlərin heç biri 5 ildir verdiyim bu suala cavab vermir – nə birbaşa, nə də dolayısıyla hər gün çıxış etdikləri Sevinc Osmanqızı, Qənimət Zahid, Zaur Qəriboğlu efirindən!
Elə hamı Elçibəy deyən kimi deyir: ordan çıxararıq (elə bil topdansatış bazasından mal çıxaracaqlar), burdan bağlayarıq (elə bil tövlə qapısı bağlayırlar), ona nota verərik (heç BMT-nin rezolyusiyalarını heç harasına alan yoxdur), buna ultimatum (ayə, qoyma, üstümə İrasim gəler!)!
Yolunu dedim sizə... özünüz bilərsiniz!
Azərbaycan haçan İngiltərə kimi ölkə statusu alar, onda siz danışarsınız, mən qulaq asaram. İndi mən yazıram, siz nəticə çıxarın, balalarınız gün görsün! Day türmələrdə yer yoxdur – balalarınıza yazığınız gəlsin, anlayın ki, onlar sizin axmaqlığınızın qurbanı olur indidən!
ƏN AZINDAN bunu anlamaq lazımdır: İlham Əliyevin 20 illlik Prezidentliyi dönəmində artıq ölkədə "Azadlıq” qəzetinə belə yer və ehtiyac yoxdur – ikisinin də ad günü bu gündür!
Bu xalq İlham Əliyevi seçib, seçir, seçəcək!
Və... ən doğrusunu edib!
Gerisi təfərrüat!
SÖZARDI: Doğrudur, indi hərənin ağzından bir avaz gələr, təxmin etdiyim üçün Ərdoğandan və Anamdan misal gətirirəm.
Ana var ki, oğluna 10 maşın alıb, ana da var ki, oğluna cəmi bir dəfə bəylik kostyumu. Amma umacağı gör nə boydadır!
Azərbaycan da ölkədir, İngiltərə də!
İngiltərədə adamlar ayrı cür, Azərbaycanda ayrı cür yaşayır!
Mexanizm olmayandan sonra... nə olur olsun, fərq etməz, istənilən halda Ananı (10 maşın alanla 1 dəst bəylik kostyumu alan – fərq etmir) – Vətəni qorumalısan, Ataya – Dövlətə sayğıyla yanaşmalısan!
VƏ SON: Ərdoğan seçkilərin birində barmağındakı sadə nişan üzüyünü göstərib dedi: əgər görsəniz bundan artıq sərvətim var...
Bəli, mənim həyatı alınmayan, giley edən, narazı qalan hər bir azərbaycanlıdan heç bir fərqim yoxdur, hətta "mənim heç nəyim yoxdur” deyəndə dostlardan biri qayıtdı ki, Aydın, biz də sən gündəyik, səndən fərqli bir arvadımız var, onu da boşasaq, tam bərabər olarıq, boşayarıq da (dostum doğru deyirdi və mən dostum boşanmasın deyə, evləndim), bu yazını da AÇIQ TƏFƏKKÜRLƏ QLOBAL DÜŞÜNƏSİNİZ deyə yazdım, yerinizi, missiyanızı biləsiniz, zamanında anlayanda ki, Sizlərin ən gözəl gününüz elə İlham Əliyevin ad gününü təbrik etdiyiniz an, Azərbaycan vətəndaşlığının şərəfli və xoşbəxt olduğu anlar olub, onda mənə təşəkkür edərsiniz!
Mən doğru dediklərimi doğru anlayanlarla ən varlı imzayam!
Ərdoğan demiş, haçan görsəniz bundan artıq sərvətim var, sizə "İlham Əliyev Azərbaycan vətəndaşlığını xoşbəxt edib” dediyimə görə, söyərsiniz, qovarsınız məclislərinizdən sağlığımda, qəbrimi dağıdarsınız öləndən sonra - yalan olsa!
Miq.az