“Təcili addım atmalıyıq, yoxsa...” – Generaldan şok iddia

“Təcili addım atmalıyıq, yoxsa...” – Generaldan şok iddia

Tayvanda ABŞ və Çin arasında gərginliyin günbəgün artması bütün dünyanın diqqətini bu iki supergücə çevirib.

Miq.Az xəbər verir ki, ABŞ-ın baş qərargah rəisi general Mark Millidən sonra ikinci ən yüksək rütbəli generalı da Amerikanın Çinlə bağlı narahatlığını dilə gətirib.

O, Çin ordusunun inkişaf sürətinin heyrət doğuran olduğunu və ABŞ-ın qəddar bürokratiyaya ilişib qaldığını deyib.

Gələn ay təqaüdə çıxmağa hazırlaşan baş qərargah rəisinin müavini general Con Hayten müdafiə naziri Lloyd Ostinin Çini "sürətli təhdid” kimi xarakterizə etməsi ilə razılaşdığını bildirib, özü isə Rusiyanı "ən yaxın təhlükə” adlandırıb.

General Hayten Çinin hipersəs raket sınaqlarının narahatlıq yaratdığını söyləyib.

"Çinin inkişaf tempi başgicəlləndiricidir. Əgər onların getdiyi tempi və izlədikləri trayektoriyanı dəyişmək üçün nəsə etməsək, Rusiya və ABŞ-ı keçəcək. Ona görə də düşünürəm ki, təcili nəsə etməliyik”.

Generalın fikrincə, təkcə ABŞ yox, onun müttəfiqləri də ayıq-sayıq olmalıdır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az