Tehran Zəngəzurla bağlı Putin və Ərdoğana xəbər göndərib

Tehran Zəngəzurla bağlı Putin və Ərdoğana xəbər göndərib
Tehran Zəngəzur dəhlizi məsələsindəki mövqeyini Rusiya və Türkiyə prezidentlərinə ən yüksək səviyyədə bəyan edib.

Axar.az xəbər verir ki, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əlaəddin Borucerdi bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə Zəngəzur dəhlizi məsələsinə xüsusi diqqət yetirilməlidir:

"İranın şimal və şərq sərhədlərində vəziyyət sabitdir, ancaq bölgədə baş verən proseslər fonunda Tehranın mövqeyi bir daha Rusiya, Türkiyə, Ermənistan və Azərbaycana açıq şəkildə çatdırılmalıdır".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az