Xəbər verdiyimiz kimi,Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu qarşısında mayın 8-də etiraz aksiyası keçirilib. Aksiyada “Eurovision” günlərində Bakıda gey-parad keçirilməsinin qarşısının alınması tələb olunub...
Ərzaq paylanması hesabına məhz Təbrizdə-vahid Azərbaycanın paytaxtı olacaq şəhərdə belə bir tədbirin keçirilməsi əlbəttə, təsadüfi deyil. İranda təzyiq qruplarından biri kimi tanınan “Ənsari-Hizbullah” təşkilatının Təbriz bölməsindən daha böyüyü Tehranda mövcuddur.Amma yox,Tehrandaki Azərbaycan səfirliyinin qarşısında keçirilən miting Bakıda elə bir təsir doğurmaz.Həm də fitnəkar fars şefonizmi bizlərə sübut etmək istəyir ki, qos-qoca Təbriz mollalara „ləbbeyk“ deyir....
Mayın 11-də də yüzdən çox gənc İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Aksiyaçılar əllərində “Şuşanı ermənilərə İran hakimiyyəti satıb”, “İranda 35 milyon azərbaycanlının hüquqları pozulur“, “Homoseksual İran mollalarına Azərbaycanda yer yoxdur” kimi şüarlar yazılmış, eləcə də Əli Xamneyi, Mahmud Əhmədinejat və Serj Sərkisyanın birgə şəkli olan plakatlar tutublar...
Bununla da məsələ bitmir.İran hakimiyyəti mayın 18-də Təbrizdə Azərbaycan Respublikası əleyhinə böyük etiraz aksiyası keçirməyi planlaşdırır.
Mayın 11-də İranın dini lideri ayətullah Əli Xamneyinin Təbrizdəki nümayəndəsi Müctəhid Şəbüstəri cümə namazında çıxışında deyib: “Təbriz əhalisi gələn həftə cümə namazını qıldıqdan sonra misli görünməmiş yürüşlər keçirərək Azərbaycan Respublikasının islama zidd əməllərini kəskin pisləyəcək”.
Və... ən maraqlı açıqlamanısa Azərbaycanın Tehrandakı səfiri cənab Cavanşir Axundov verib.
„IRNA“ agentliyinin məlumatına görə,mayın 11-də səfir deyib ki,Tehran və Bakı aralarında olan xüsusi münasibətlərdən məmnundurlar və bu əlaqələr diqqət çəkən mədəni,dini və tarixi köklərə malikdir.
Səfir bu fikirləri Tehrandakı səfirliyimizdə keçirilən tədbirdə bəyan edib.C.Axundov onu da vurğulayıb ki,prezident İlham Əliyev hesab edir ki, iki ölkə arasındakı münasibətlər istisna xarakter daşıyır.
Elbəyi HƏSƏNLİ
.