Təhsil Nazirinin müavini Ceyhun Bayramovdan PREZİDENTƏ -ŞİKAYƏT

Təhsil Nazirinin müavini Ceyhun Bayramovdan PREZİDENTƏ -ŞİKAYƏT
Laçın rayon sakini, hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvəqqəti Məskunlaşmış  Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən Miq.az-a daxil olmuş ərizəni oxuculara təqdim edirik.

Azərbaycan Respubilkasının Prezidenti 
İlham Əliyev Cənablarına
Surəti:Təhsil naziri Mikayıl Cabbarov cənablarına
Surəti:Baş prokuror Zakir  Qaralov cənablarına
                                Surəti:Baş prokuroru yanında Korrupsiyaya qarşı  Mübarizə Baş 
İdarəsinin Rəisi Kamran Əliyev cənablarına
 
Bildirirəm ki, Təhsil Nazirinin müavini Ceyhun  Bayramov Laçın rayon Təhsil Şöbəsinin müdri Malik Vəliyevin Təhsil Şöbəsində yol verdiyi ciddi qanun pozuntularına göz yumur.

M. Vəliyev Təhsil Şöbəsindəki vakant dövlət qulluğu vəzifələrini Prezident yanında dövlət qulluğu məsələləri üzrə komisiyadan gizlədərək müsabiqəyə verməyib. Müsabiqədə keçid balı toplaya bilməyən 4-5 namizədin hər birindən 5000 manat rüşvət alaraq təhsil şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifələrinə təyin edib.  

"Diplomu saxta  olan müəllimlərdən" hər tədris ilində 800  manat rüşvət alaraq müəllim işləmələrinə şərait yaradıb. LRTŞ-də 100-dən  çox "diplomu saxta olan müəllim"  var.

Diplomu olmayan düzgün yazıb-oxumağı bacarmayan  şəxslərdən 2000 manat rüşvət alaraq hərbi biletlə hərbi- hazırlıq müəllimi götürüb.

Hər il Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə boş (vakant) yerləri verməyib və müsabiqədə uğur qazanmayan namizədlərə 2500-3000 manat rüşvət alaraq  satıb.
Ümumtəhsil məktəblərindəki bütün texniki ştatları direktorlar vasitəsi ilə hər birin 500 manat rüşvət alaraq satıb.
 
Hər il qeyri-qanuni məktəb direktorlarına 2-3 uşağın adına şəbəkə tutdurub sinif komplektlərini süni surətdə artıraraq 1000 manat rüşvət alaraq satıb.

Təhsil haqqında qanunları pozaraq yeni işə düzəlmiş müəllimləri 3 il tamam olmadan kənar məktəblərdən mərkəzələrə 1500 manat rüşvət alaraq yerdəyişmə edib. 

Azərbaycan Respublikası Prezidentinin verdiyi sərəncamda öz şəxsi mənafeyi üçün istifadə etdiyi halda M. Vəliyev hansı tədrisdən danışa bilər? Cənab Prezidentin müvafiq sərəncamına əsasən yaşı 65-dən yuxarı olan müəllimlər zərurət olmadığı halda birmənalı şəkildə işdən azad edilməlidirlər. 

Lakin M. Vəliyev heç bir zərurət olmadığı təqdirdə həmin ixtisas müəllimlərindən  500-1000 manat rüşvət alaraq 1 (bir) illik müqavilə ilə müəllim işlədir. 

M. Vəliyev saxta diplomları olan şəxslərdən külli-miqdarda rüşvət alaraq çox asan yollarla əvvəlcə məktəblərdə psixoloq vəzifəsinə təyin edir, sonradan qeyri-qanuni olaraq həmin şəxslərə dərs tədris etdirir və hətta bununla kifayətlənməyərək bu şəxsləri direktor, direktor müavini vəzifələrinə təyin edib. Laçın rayon təhsil şöbəsində araşdırılma aparılsa 100-dən çox belə korrupsiya faktları və  ciddi qanun pozuntularına yol verildiyi aşgar olar.

M.Vəliyevin Təhsil Şöbəsində yol verdiyi ciddi qanun pozuntularını  və yığdığı küllü miqdarda rüşvəti ört- bastır etmək üçün daydayılarının köməyinden (Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov və Salyan rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov) istifadə edərək  və Təhsil Nazirliyində əlbir olduğu şəxsə yüksək məbləğdə rüşvət verərək izi itirmək  məqsədi ilə təhsil nazirliyinin yeni yaradılmış Tərtər regional təhsil idarəsinə müdir təyin olunmağı hədəfləyir.

Hörmətli Cənab Prezident! Sizin korrupsiyaya qarşı ciddi mübarizə apardığınız bir dövürdə Laçın Təhsil Şöbəsinin müdri M.Vəliyevin belə asan rüşvət yığması biz vətəndaşları məyus edir.

Cənab prezident! M. Vəliyevin Təhsil Şöbəsində yol verdiyi ciddi korrupsiya faktları və qanun pozuntuları haqqında sizə və aidiyyati dövlət orqanlarına etdiyimiz müracətlərə görə təzyiqlərə məruz qalırıq. M.Vəliyev bizi şər-böhtan ataraq həbs etdirəcəyi ilə hədələyir. Sizdən təhlükəsizliyimizin təmin olunmağına göstəriş verməyinizi  xahiş edrik.
 
Sizin hər dəfə korrupsiya qarşı mübarizə ilə bağlı çıxşlarınızda İctimai nəzarətin gücləndirilməsi üçün vətəndaşları bir daha fəallığa səsləməyiniz  və bu nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə qalib gəlməyin mümkün olmayacağını deməyiniz biz vətəndaşları cəsarətləndirir.
 
Miq.az-dan: Hər bir oxucumuz redaksiyamızın elektron ünvanına - [email protected] email adresinə şikayətini göndərə bilər. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az