Təhsil nazirinin müavini Firudin Qurbanovun Sloveniyada şirkəti tapılıb

Təhsil nazirinin müavini Firudin Qurbanovun Sloveniyada şirkəti tapılıb

"Təhsil nazirinin müavini Firudin Qurbanov həm təhsillə "məşğuldur", həm də bizneslə. Sloveniyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib." Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli öz facebook səhifəsində yazaraq paylaşıb.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib ki, Sloveniya mənbələrinin məlumatına görə şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir:

"Direktoru Firudin Qurbanovdur. Şirkət 6671381000 saylı lisenziya ilə Slovenyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu "Slatina" oteli yerləşir.

Eyni ünvanda daha bir şirkət - HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib. Bu şirkət otelin idarəçiliyini həyata keçirir, təsisçiləri haqqında məlumat yoxdur.

Firudin Qurbanov 2007-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib.. 2014-cü ilin iyulundan təhsil nazirinin müavindir."

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az