Televizor oğruları tutuldu

Televizor oğruları tutuldu
Bakıda televizor oğruları tutulub.
Vətəninfo.az-ın  ANS PRESS-ə istinadən verdiyi məlumata görə, avqustun 9-da Boran Quliyevə məxsus anbardan 49 ədəd televizor oğurlanıb. Oğurlanmış məişət əşyalarının ümumi dəyəri 28 min manat təşkil edib.
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, cinayəti törədənlər Boran Quliyevin anbarında işləyən mühafizəçilər olub. Həmin şəxslər Bakı şəhər sakini İbrahim Bağırov, Şərur rayon sakini Həsən Məmmədov və Sabirabad rayon sakini Həsrət Quliyev olub.
Hər üç şəxs Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də tutulub.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az